Modern.az

İcra başçısı 9 ayın hesabatını verdi

İcra başçısı 9 ayın hesabatını verdi

İqtisadiyyat

15 Oktyabr 2014, 11:25

“Füzuli rayonunun 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat yığıncaq keçirilib. Rayonun hüququ-mühafizə orqanlarının idarə, müəssisə, təşkilatların  rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri  və bir qrup fəalın iştirak etdiyi yığıncaqda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev hesabat məruzəsi ilə çıxış edib. Alı Alıyev cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları, əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələr barədə danışıb. Bildirib ki, 2014-cü ilin 9 ayında aqrar rayon olan Füzulidə kənd təsərrüfatının bütün sahələrində dinamik inkişaf özünü göstərib, əvvəlki dövrlərlə müqayisədə artım tempi müşahidə olunub.  

O, qeyd edib ki, hesabat dövründə füzulililər üçün ən yadda qalan, əlamətdar hadisə ölkə prezidenti cənab İlham Əliyevin avqustun 28-də Füzuli rayonuna səfər etməsi, bir sıra obyektlərin açılışında eçtirak etməsi və görülən işləri yüksək qiymətləndirməsi olub.

Ölkə prezidenti rayona səfəri zamanı, Bayraq Meydanı, tikiş fabriki, Boulunq zalı, Tarix-Diyarşünaslıq Muzeyi, rayon İcra hakimiyyətinin inzibari binası, Əhmədalılar – Mollaməhərrəmli – Arayatlı – Babı kəndlərarası avtomobil yolu, Uşaq bağçası, Heydər Əliyev Parkının 2 km genişləndirilməsi, Horadizdə işğal zamanı dağıdılmış 227 evin və çoxmənzilli 3 binanın bərpasından sonra istifadəyə verilməsi mərasimində iştirak edib.

Məruzəçi vətəndaş müraciətlərinə münasibət, səyyar qəbullarda qaldırılan, “qaynar xətt”ə daxil olan müraciətlərin diqqət mərkəzində saxlanılması kimi aktual məsələlərdən, bu sahədə rayon İcra Hakimiyyətində görülmüş işlərdən də danışıb.  

Hesabat yığıncağında Alı Alıyev  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda  Füzuli rayonu üçün nəzərdə tutulmuş bir sıra tədbirlərin icrasına başlanıldığı, tikinti-quruculuq işlərinin davam etdirildiyi diqqətə çatdırıb.

Rayon İcra Hakimiyyətinin başçısı  cari ilin 9 ayında rayonda kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət və digər sosial-iqtisadi sahədə əldə olunan nailiyyətləri qənaətbəxş hesab etmiş, qazanılan göstəricilərin daha da yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Hesabat yığıncaqda rayon polis şöbəsinin rəisi Xəqani Məmmədov, rayon Statistika İdarəsinin rəisi Rafiq Məstəliyev, maliyyə şöbəsinin müdiri Zaur Aslanov və digərləri çıxış edib.

Yığıncağı yekunlaşdıran Alı Alıyev Prezident İlham Əliyevin rayona  sonuncu səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşü zamanı dediyi sözlərin onun füzulililərə olan hörməti və ehtiramının təzahürü olduğunu vurğulayıb. Bildirib ki, son bir il 8 ayda ölkə başçısının rayona 2 dəfə gəlməsi cənab İlham Əliyevin füzulililərə böyük inamı, füzulililərin Prezidentə böyük məhəbbəti hesab olunub.

Hesabat yığıncağı müzakirə olunan məsələ ilə bağlı qərar qəbul olunub.



Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...