“Hazırda “Azəriqaz”da sovet dövründəki kimi qış-yay mövsümü yoxdur. İndi istər əhali, istərsə də qeyri-əhali sektruna qazın verilişi tələbata uyğun olaraq tənzimlənir. Amma noyabr ayının 15-dən qazanxanalar fəaliyyətə başlayacağından verilən qazın həcmi artırılacaq”.
Bunu Modern.az-a “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirib.
Onun sözlərinə görə, qış mövsümünün gəlişi ilə bütün tədbirlər görülüb: “ Aprel ayında 2014-2015-ci illərin payız-qış mövsümündə problemlər meydana gəlməməsi üçün 347 bəndən ibarət tədbirlər planı hazırlanaraq təsdiq olunub. Ümid edirik ki, abonentlərimiz üçün ciddi bir problem yaranmayacaq”.
Gülşən RAUFQIZI