Xəzər dənizinin Qazaxıstan sektorunda brakonyerliklə məşğul olan 3 Azərbaycan vətəndaşı həbs olunub.
Modern.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında Qulalı adasının yaxınlığında baş verib. “Bayda” tipli qayıqda hərəkət edən azərbaycanlı sərhəd pozucuları odlu silah tətbiq olunmaqla həbs olunublar. “Sərhədçilərin xəbərdarlığına baxmayaraq pozucular öz hərəkətlərinə davam ediblər. Sərhədçilər odlu silahdan istifadə etməyə məcbur olunublar. Hadisə zamanı xəsarət alan olmayıb”, - Sərhəd Xidməti rəsmi açıqlamasında bildirilir
Azərbaycanlı brakonyerlərin qayığından 94 nərə balığı və xüsusi torlar müsadirə olunub.
Vüqar İsmayılov