Modern.az

“Sərnişin nəqliyyatındakı problemə görə sürücü və yol polisləri cavabdehdir” - Ekspert

“Sərnişin nəqliyyatındakı problemə görə sürücü və yol polisləri cavabdehdir” - Ekspert

23 Oktyabr 2014, 11:36


Paytaxtda sərnişin daşıyan avtobusların qapılarından insanların sallandığının tez-tez şahidi oluruq. Ancaq problemin həlli ilə bağlı hələ ki konkret tədbirlər görülmür. Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun Modern.az-a bildirdiyinə görə, bu məsələdə hər iki tərəf - həm sürücü, həm də sərnişin günahkardır: “Yol hərəkətinin təhlükəsizliyi haqqında” qanunun 56-cı maddəsi ilə sərnişin daşıyan nəqliyyat vasitəsinin, yaxud başqa avtomobilin qapısı açıq vəziyyətdə hərəkət etməsi qəti şəkildə qadağan olunur. Əks təqdirdə, sürücüləri 60 manata yaxın cərimə gözləyir. Yollarda müşahidə kameraları quraşdırılıb.  Bununla yanaşı, Dövlət Yol Polisinin müfəttişləri də bu işə nazərət edir. Onlar sürücüyə bununla bağlı təlimat verməlidirlər.  Kameralarda qaydanı pozan avtomobillərin fəaliyyətləri əks olunur. Bu kifayətdir ki, onlar haqqında protokol tərtib olunsun, müxtəlif tədbirlər görülsün. Lakin nə sürücü, nə də yol polisləri  qanunvericiliyi nəzərə almırlar”.

Ekspertin fikrincə, sərnişinlər də qapısı açıq avtobusda hərəkət etməyin təhlükəli olduğunu anlamalıdırlar: “Bu zaman sərnişin avtobusdan yıxıla bilər, yaxud qıraqdan gələn maşın onları vura bilər. Böyük maşınların güzgüsünün dəyməsi də kifayətdir ki, qapıdan sallanan adam ciddi xəsarət alsın”.

Ərşad Hüseynovun sözlərinə görə, problemin həll olunmamasının səbəblərindən biri də sərnişin daşıyan şirkətlərin bu xidməti yaxşı təşkil edə bilməmələridir.

Məltəm TALIBZADƏ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...