Modern.az

Maliyyə Nazirliyindən Şəmkirin Maliyyə İdarəsinin rəisi ilə bağlı rəsmi açıqlama - EKSKLÜZİV

Maliyyə Nazirliyindən Şəmkirin Maliyyə İdarəsinin rəisi ilə bağlı rəsmi açıqlama - EKSKLÜZİV

29 Oktyabr 2014, 17:20

Nazim Məlikov vəzifəsinin icrasına başlayıb 


Bir müddət öncə müvəqqəti olaraq tutduğu vəzifədən kənarlaşdırılan Şəmkir rayonu Maliyyə İdarəsinin rəisi Nazim Məlikov yenidən öz vəzifəsinin icrasına başlayıb.

Modern.az saytının sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Şəmkir rayonunda məişət zəminində baş vermiş hadisənin obyektiv araşdırılması üçün cari il avqustun 7-də Şəmkir rayonu üzrə Maliyyə İdarəsinin rəisi vəzifəsindən müvəqqəti olaraq kənarlaşdırılmışdı. Nazim Məlikov oktyabrın 29-da nazir Samir Şərifovun müvafiq əmriilə vəzifəsinə bərpa olunub:

“Belə ki, Şəmkir rayon Prokurorluğunun həyata keçirdiyi araşdırmalar nəticəsində sözügedən işdə cinayət tərkibi müəyyən edilməyib və beləliklə də Nazim Məlikovun vəzifəsindən azad edilməsi üçün səbəb qalmayıb”-deyə mətbuat xidmətindən bildirilib.

Gülşən RAUFQIZI 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...