Modern.az

"Bakıda hay-küylü reklamlardan fərqləndirmə imkanı yaranıb"

"Bakıda hay-küylü reklamlardan fərqləndirmə imkanı yaranıb"

30 Oktyabr 2014, 11:19

Qiymətləri araşdırmaq üçün bonuslar.az xüsusi şöbəsi mövcuddur

Bakının hər küçə və dalanını bəzəyən "70%-80% endirim", "Şok endirimlər" şüarları mənim üçün növbəti araşdırmaya mövzu verdi. Necə olur ki, 80% endirimdən sonrakı qiymət elə həmin məhsulun digər mağazalarda olan qiymətinə bərabər olur? Lakin araşdırmaya internetdən başlayan zaman qarşıma "Eksklüziv böyük endirimlər" şüarı altında öz işini bütövlüklə endirimlər üzərində quran bir sayt çıxdı. İlk baxışdan həm qiymətlərin aşağı olması, həm xidmətlərin fərqliliyi araşdırmanın mövzusunu bir qədər dəyişdi. Bonuslar.az adlanan saytı vərəqlədikcə xeyli suallar, şübhələr yarandı və beləcə araşdırma materialı hazırlamaq niyyətim müsahibəyə çevrildi. Suallarımı isə Bonuslar.az şirkətinin baş icraçı direktoru (CEO) Ramin Namazov cavablandırdı.

- Ramin bəy, Bonuslar.az saytı bu qədər yerdən endirimlərin alınmasına necə nail olur. Onların xeyri nədir ki, belə endirimlər edirlər?

- Bonuslar.az Azərbaycanda bu cür reklam konsepsiyasını həyata keçirən birinci saytdır və 2011-ci ildən fəaliyyət göstərir. Bizim menecerlər müxtəlif xidmət sahəsində çalışan şirkətlərə analoqu olmayan pulsuz reklam təklifi edirlər. Yəni, bizim partnyor şirkətlər müəyyən xidmətlərə 1-2 ay müddətində yalnız bonuslar.az istifadəçiləri üçün əhəmiyyətli dərəcədə endirim edirlər. Saytın mütəxəsisləri aksiyanı hazırlayaraq saytda yerləşdirirlər. Sonradan həmin aksiya internet resurslarında, buklet və flayerlərlə geniş şəkildə reklam olunur. Bütün bu reklam xərclərini bonuslar.az saytı öz üzərinə götürür. Yəni, qısacası, çoxlu müştəri yığmaq üçün endirim təqdim edən şirkətlər ictimaiyyətin bundan xəbərinin olması üçün geniş reklam kampaniyası da aparmalıdırlar və buna külli miqdarda pul xərcləməlidirlər. Amma bonuslar.az təqdim etdiyi reklam modelində onlar yalnız kupon və ya sertifikatla yaxınlaşan şəxslərə endirim verirlər, digər tərəfdən reklama heç bir pul ödəmirlər.

- Onda belə çıxır ki, hər kuponla gedən şəxsə görə müəssisə ziyana işləyir. Bu səbəbdən də onların həmin müştəriyə göstərdiyi xidmətin keyfiyyəti də aşağı olacaq. Partnyor dediyiniz şirkətin müştəriyə yaxşı xidmət etməsinə necə məcbur edirsiz?

- Xeyir, bu düzgün yanaşma deyil. Biz heç kimə təyziq etmək məcburiyyətində qalmırıq. Çünki, misal üçün, bir restoran 1 aylıq endirim aksiyası elan edirsə, onun məqsədi həmin ay üçün maksimum müştəri bazası toplamaqdır. Yəni, həmin restoran barədə bonuslar.az saytında məlumat əldə etmiş şəxs sertifikat alıb o restorana yollanarsa, yaxşı xidmət görərsə, gələcəkdə endirim kampaniyası bitdikdən sonra belə ora gedəcək, hələ dostlarına da məsləhət görəcək. Müştəri narazı qalsa o restoran həm aksiya çərçivəsində təqdim etdiyi endirimə görə ziyana gedəcək, həm gələcək potensial müştərilərini itirəcək. Bu səbəbdən bizim əlavə nəzarət etməyimizə ehtiyac qalmır. Amma, istənilən halda bonuslar.az "Qaynar xətti" və mail ünvanı 24 saat şikayətləri, müraciətləri və ya hər hansı anlaşmazlıqları araşdırıb dərhal aradan qaldırılmasına nail olur.


- Mən sizə zəng etməmişdən əvvəl mövzu üçün sualı belə qoymuşdum: "Niyə mağazalar qiymətləri süni şəkildə 3-4 dəfə qaldırıb, sonra 70-80% endirim elan edirlər?". Bəs Siz necə əminliklə deyə bilərsiz ki, sizin partnyorlar qiyməti şişirdib, sonra sizə endirim təqdim etmirlər?

- Qiymətləri araşdırmaq üçün bonuslar.az xüsusi şöbəsi mövcuddur. İlk növbədə onu bildirim ki, hər hansı endirimli qiyməti iaşə obyekti deyil, biz müəyyənləşdiririk - yəni bizim tərəfimizdən reklam təklifi hazırlanır ki, bu xidmət məhz bu və ya digər qiymətə müştərilər üçün cəlbedici olacaq. Lakin onu da demək lazımdır ki, eyni xidmətin qiymətləri bəzən fərqli ola bilər. Bu da əsasən həmin gözəllik salonu, tibb müəssisəsinin, restoranın şəhərin mərkəzinə yaxın yerləşməsi, orada çalışan şəxslərin peşəkarlığından irəli gəlir. İstənilən halda "Xidmətin keyfiyyətinə nəzarət" şöbəsinin işi qiymətləri tənzimləməkdən başqa həm də aksiya elan etmək istəyən yerin görünüşünü, xidmət keyfiyyətini qiymətləndirməkdən ibarətdir. Digər tərəfdən real qiymətlərə nəzarət olunması məsələsində bonuslar.az istifadəçiləri də saytda, facebook sosial şəbəkəsi vasitəsilə bizə yardımçı olurlar. Qeyd edim ki, bonuslar.az müqavilə şərtlərini pozan, müştərilərə keyfiyyətsiz xidmət göstərən partnyorları "qara siyahıya" əlavə edir, onlarla gələcək əməkdaşlığa birdəfəlik xitam verir və saytda ayrıca bölmədə onlar haqda müvafiq qeydlər olunur. Bir sözlə, Bonuslar.az vasitəsilə artıq Bakıda real endirimləri digər hay-küylü reklamlardan fərqləndirmə imkanı yaranıb.

- Çox gözəl. Amma razılaşın ki, saytınızdan istifadə etmək də bir qədər çətin və uzun prosesdir. Orda şərtləri oxuyarkən gördüm ki, mütləq qeydiyyatdan keçmək, kupon çap etmək lazımdır. Birdə, bəzi aksiyalarınız cəmi 1 manatlıq kuponladı, bəziləri böyük qiymətə sertifikatla - bu da adamı çaşdırır...

- İnanın, bu ilk baxışdan və ilk dəfə istifadə edənlərə çətin gələ bilər. Sadəcə olaraq bonuslar.az saytında öz mail ünvanınız ilə qeydiyyatdan keçirsiz və endirimi əldə etmək üçün lazım olan həcmdə balansı artırırsız. Balansı da həm plastik kartdan, həm ödəniş terminallarından, həm Bonuslar.az satış mərkəzinə yaxınlaşaraq artırmaq olar. Balansı artırırısız, sertifikatı alıb keçid edirsiz "Şəxsi kabinet"ə və qalır onu çap etmək. Biz çap etməyin də qarşısını almaq üçün yeni xidmət istifadəyə vermişik - SMS kupon. Yəni, siz qeydiyyatdan keçən zaman öz mobil telefonunuzun nömrəsini qeyd edirsiz və hər dəfə alış etdikdən sonra sizə sertifikat və ya kuponun kodu SMS kimi gəlir. Sizə sadəcə getdiyiniz yerdə o SMS- göstərmək qalır. O ki qaldı "kupon" və "sertifikatın" nə olması ilə bağlı suala. Əgər siz kupon alsaz, demək ki endirim imkanınız var - yəni endirimli qiyməti xidmətdən istifadə edən zaman ödəyirsiz. Sertifikat aldıqda isə siz bütün xidmətin qiymətini əvvəlcədən ödəmiş olursuz və getdiyiniz yerdə heç bir ödəniş etmirsiz.

- İstənilən halda bu endirimlərdən yalnız internet istifadəçiləri yararlana bilər. Orada tibb müəssisələrinin aksiyaları var ki, onlar daha çox internetlə bir o qədər anlayışı olmayan yaşlı nəsil üçün lazımdır.

- Məhz elə internetdən uzaq olan şəxslər üçün Bakının mərkəzində "Kupon satış mərkəzi" açmışıq. İstənilən adam gedib orada ödəniş edərək sertifikat, kupon və ya endirimdə olan məhsulları ala bilər.

Belə görünür ki, Bakını yeni endirim dalğası bürüyür və sadə istehlakçı üçün nə qədər təəcüblü olsa da bu real endirimlərdir.

Məltəm TALIBZADƏ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...