“Qaynar xətt” xidmətləri hər bir dövlət qurumunun fəaliyyətini əks etdirir. Modern.az saytının əməkdaşı müraciəti olan vətəndaş kimi dövlət qurumlarının “qaynar xət”ləri ilə əlaqə saxlayıb, gündəlik fəaliyyətlərinin nə qədər aktiv və operativ olduğunu müəyyənləşdirməyə çalışıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “qaynar xətt”inin (142) telefonuna cavab verən şəxs mövzu üzrə bizi bölmələrə istiqamətləndirib, yardım etdi.
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 193 saylı “qaynar xətt”i zəngimizə dərhal cavab verdi.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 148 nömrəli “qaynar xətt”i isə müraciət edənlərə daha operativ cavab verir.
Fövqəladə Hallar Nazirliyinin “qaynar xətt” xidmətinə də sualımızı ünvanlandıq və operativ cavab verildi.
Vergilər Nazirliyinin 195 saylı telefon xidməti daha operativ və aktivdir.
Dövlət Sosial Müdafiə Fondunun “qaynar xətt” xidmətində telefona cavab verən şəxs sualımız üzrə bizi bölmələrə yönləndirdi.
“Bakıelektrikşəbəkə”nin 199 saylı “qaynar xətt”i ilə dəfərlərlə əlaqə saxlamğa çalışsaq da, mümkün olmadı. Telefona cavab verilmədi.
Ekologiya və Təbii Sərvətlər Nazirliiyinin 168 saylı telefonuna istənilən vaxt zəng edə bilərsiniz. Operativ cavab alacaqsınız.
Ombudsman Aparatının uşaq hüquq pozuntusu ilə bağlı 916 saylı “qaynar xətt”i də dərhal sualımza cavab verdi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “qaynar xətt”i mövcud deyil. Müraciətlərlə bağlı 493 39 96 nömrəsinə zəng edib növbətçi ilə əlaqə saxlaya bilərsiniz.
Səhiyyə nazirliyinin 9103 saylı “qaynar xətt”ində zəngimizə gec də olsa, cavab verildi.
“Azəriqaz” İstehsalat Birliyinin 185 saylı “qaynar xətt”inə dəfələrlə zəng etsək də, telefona cavab verən olmadı.
Məltəm TALIBZADƏ