Modern.az

Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayı - 1-ci yerdə “Facebook”dur

Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayı - 1-ci yerdə “Facebook”dur

4 Noyabr 2014, 09:41

"Global Stats" statistik mərkəzinin hesablamalarına görə, son bir ildə Azərbaycanda “Facebook” sosial şəbəkəsinin itifadəçilərinin sayı kəskin artsa da, “Youtube” və “Twitter” sosial şəbəkələri ilə bağlı vəziyyət fərqli olub.
Modern.az saytı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, ölkəmizdə  “Facebook” sosial şəbəkəsinin payı 23,3 faiz artaraq sosial media bazarının 89,73 faizini təşkil edib. 

İstifadəçi marağına görə ikinci yeri 2,9 faiz bazar payı ilə “Youtube” sosial şəbəkəsi tutub.

 Üçüncü yerdə 2,24 faiz bazar payı ilə “Twitter” sosial şəbəkəsi yerləşib və onun bazar payında ötən illə müqayisədə azalma müşahidə olunur.

“Odnoklassniki” şəbəkəsinin Azərbaycanda bazar payı 1 faizdən aşağı düşüb, halbuki, ötən ilin müvafiq dövründə bu rəqəm 5,11 faiz təşkil edirdi. 


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...