“Bu il Azərbaycan bankları tərəfindən müştərilərə verilən kreditlərin 79,3 faizi uzunmüddətli olub. Bu kreditlərin 5,4 faizini ödənilmə vaxtı keçib”.
Bu barədə Modern.az saytının sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2014-cü il sentyabrın 1-i vəziyyətinə ölkənin bank-kredit təşkilatları tərəfindən 17,3 milyard manat həcmində kreditlər verilib:
“Qüvvədə olan kreditlərin 34,5 faizi dövlət, 62,6 faizi özəl banklar, 2,9 faizi isə bank olmayan kredit təşkilatlarının payına düşüb.
Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər də daxil olmaqla ev təsərrüfatları sektoruna verilən kreditlərin kredit qoyuluşlarının ümumi həcmində xüsusi çəkisi 41 faiz təşkil edib”.
İqtisadiyyata kredit qoyuluşu
| 2014-ci il sentyabrın 1-i vəziyyətinə, |
Kredit qoyuluşları – cəmi | 17308,9 |
o cümlədən: |
|
- qısamüddətli | 3586,3 |
- uzunmüddətli | 13722,6 |
Ödənilmə vaxtı keçmiş kreditlər | 938,8 |
Kreditlərin ümumi həcmində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi, %-lə |
5,4 |
Gülşən RAUFQIZI