“Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”- doğru deyib atalar. Satışda olan “Mərcan” toyuqlarını tərifləyirlər, hətta bəzən şikayət edənlər də olur ki, “biz mağazalarda bu toyuqlardan tapa bilmirik”.
Hamı üçün maraqlıdır, “Mərcan” toyuqlarının özəlliyi nədir və bazarda bu məhsullar niyə seçilir?
Jurnalistlərin budəfəki səfəri “Mərcan” toyuqalarının istehsal olunduğu fabrikə, Ucar rayonundakı müəssisəyə idi.
Nəzərdə tutulmuş vaxtda bir qrup jurnalist Garant Holding-in nümayəndələri ilə birgə Ucar rayonuna yollandıq. Yolboyu jurnalistlər fabriki qaralamışdılar ki, çoxlu suallar verib, onların hansısa səhvini tutacaqlar və həmin xəbəri manşet edəcəklər. Axı jurnalistlər buna alışqındırlar. Problemi görünməyən yerdən görünən etmək, ictimaiyyətə çatırmaq... Yol boyu bu fikirdə idik. Yazacağımız mövzular çox olacaqdı.
Nəhayət Ucar rayonunda “ Ucar Aqro” MMC quş əti emalı müəssisəsinə çatdıq.
Fabrikin laboratoriya işçilərindən tutmuş rəhbərliyə qədər hər kəs bizi gözləyirimiş.
"Ucar Aqro" MMC-nin baş direktoru Rüfət Məmmədzadə bildirdi ki, əvvəlcə emal prosesi ilə tanış ediləcəyik, sonra mətbuat kofransı təşkil olunacaq. Lakin jurnalistlər elə emal prosesi ilə tanışlıq vaxtı bir-birinin ardınca rəhbərliyə çoxlu suallar ünvanladılar.
Direktor və müəssisə komadası ilə emal prosesi ilə əyani tanışlığa başladıq. Bu arada rəhbər məlumat verirdi;
- Fabrikin təməli Azərbaycanın regionalarının inkişaf planına əsasən 2012-ci ilin sentyabr ayında qoyulub. “Ucar Aqro” MMC təkcə Azərbaycanda yox, bütün Cənubi Qafaqazda ən müasir və unikal quşçuluq komplekslərindən biridir və “Garant Holding”in nəzdində yaradılmış aqrar şirkətdir. Müəssisənin yaradılmasında məqsəd istehlakçıları yüksək keyfiyyətli məhsul və xidmətlərlə təmin etmək, toyuq məhsullarına artan tələbi nəzərə alaraq ölkə bazarına yeni keyfiyyət standartlarına uyğun məhsul çıxarmaqdır. Bu məhsullar “Mərcan” brendi ilə istehsal olunur. Söhbət “Mərcan kənd çolpası”, “Mərcan Premium” və “Mərcan Broyler” toyuqlarından gedir.
Rüfət müəllim həm məlumat verir, həm də emal prosesini əyani göstərirdi...
Fabrikin daxilində təmizliyə ciddi fikir verilir. Elə biz jurnalistlər də içəri ağ xalat, xüsusi baş və ayaq geyimində buraxılmışdıq.
Məlum oldu ki, hər bir işçi gün ərzində neçə dəfə içəri daxil olub, çölə çıxır və yenidən qayıdırsa, mütləq qapıda quraşdırılmış avtomatik maşında ayaqları təmizlənir, əllərini yuyur… Bu, təhlükəzliyi təmin etməyin ilkin addımlarındadır.
Girişdə duş kabinələri də var.
İçəridə xalçalar döşənmiş namaz otağı da diqqətimizi çəkdi. Sən demə, burada İslam qaydalarına ciddi riayət olunur. Quşların kəsilməsində iştirak edən işçilər mütləq namaz qılan olmalıdılar...
“Ucar Aqro” MMC 5 hektar ərazisi olan müəssisədir. Garant Holding-in bir hissəsi olan "Ucar Aqro" MMC şirkətinin kəsim sexinin təməli 2012-ci il sentyabr ayında qoyulub. Ümumi ərazisi digər istehsal sahələri də daxil olmaqla 87 hektar təşkil edir.
Əraziyə daxil olarkən müəyyən yoxlama-müayinələrdən keçirsən. Məsələn, vizual müayinə edirlər ki, əllərində və bədənində hanısa kəsik ola bilər. Belə şəxslər mütləq proflaktik müayinədən sonra içəri daxil olurlar.Fabrikə kənar şəxslərin girişi qəti qadağan edilib.
Tanışlığa davam edirik... Quşaların maşınlardan asıldığını görürük. Elə burdaca kəsilirlər. Avadanlıqlar yüksək səviyyədə, müasir texnologiyalara uyğundur. Direktor Rüfət müəllim deyir ki, bütün avadanlıqlar Hollandiya, İspaniya, Niderland, İsrail kimi ölkələrdən gətirilib.
Quşların emal olunduğu yerdəyik. Rüfət Məmmədzadə məlumat verməkdə davam edir:
- Gördüyünüz kimi, quşaların kəsilməsi, doğranması, qablaşıdırılması hamısı bir yerdə təşkil olunur.
Rüfət müəllim deyir ki, kəsilmiş toyuqlar müsbət 2 dərəcədə soyudulur və 0 dərəcədə saxlanılır. Həmin otağı görmək istəyirik. Jurnalistlər 0 dərəcə tepmeraturu olan otağa daxil olur, lakin bir neçə saniyədən sonra heç kim burda qala bilmirr. Hələ belə soyuqda olmamışdıq.
Növbəti emal işləri ilə tanış oluruq. Emal maşınlarının ətrafında qırmızı xətlər çəkilib. Bunlar təhlküsəziliyə xidmət edir. Fövqəladə hal baş verərsə, o xəttə əl vurmaq kifayətdir ki, bütün mexanikanın fəaliyyəti dayansın. Bir maraqlı məqam da diqqət çəkdi: əlində güzgülü çubuq tutan işçi emal mərhələlərindən keçən toyuqlara nəzarət edirdi. Hansının qanadı, budu qırılıba, qan ləkələri olarsa, dərhal çubuqla həmin toyuğun üstünə vurur və həmin məhsulu maşın avtomatik sıradan çıxarırdı.
Sonrakı baş çəkdiyimiz yer avadanlıqların idarə edildiyi mərkəz - kompüter otağı oldu. Məsul işçilər dedilər ki, saatda 6 min baş quş kəsilib hazırlanır. Məlum oldu ki, emal-qablaşdırılma bölməsində kəsilmiş toyuq yarım saatdan artıq qalmamlıdır.
Azərbaycanda ilk dəfə olaraq bu müəssisədə məhsullar vakum qablarda qablaşdırılır. Həmin qablar isə İngiltərədən gətirilir. Bunun özəlliyi isə odur ki, toyuqların içərisinə hava dolmur. Belə qabda onları 5 gün soyducudan ayrı saxlamaq mümkündür.
Təchizat şöbəsində, malların yükləndiyi yerdə də olduq. Qeyd edək ki, məhsulları daşıyan qablar (taralar) müssisəyə qaytarılanda 80 dərəcə istiliyi olan su ilə yuyulur və yenidən istifadə edilir.
Yüklənmə yeri ilə tanış olduqdan sonra müəssisə ilə tanışlığımız bitdi.
Doğrusu düşünmüşdük ki, hansısa problem olacaq və biz “bu, niyə belədir” sualına cavab istəyəcəyik. Lakin sonda hamı yekdil fikirə gəldi: “Biz xarici dövlətlərdəki istehsalı misal göstərik, lakin heç xaricdə belə müəssisələr yaradılmır”.
Sonda müəssisənin laboratoriya mərkəzində olduq. Burada quş qanlarından götürülmüş nümunələr analiz edilir. Təhlükəli xəstəliklərə diqqətlə yanaşılır. Gətirilən hər bir toyuq növünün qanı müayinədən keçirilir.
Nəhaət mətbaut konfaransı keçirildi:
- Rüfət müəllim, deyirsiniz ki, yüksək səviyyəli məhsul istehsal edirsiniz. Bəs bu fərqliliyiniz bazarda neçə seçilir? Rəqabəti necə aparırsınız?
- Kütləvi formada kənd toyuğunun istehsal təklifini ilk dəfə biz vermişik. Əvvələr zənbillərdə satılırdı kənd toyuqları, lakin indi satış yüksək gigiyenik qaydada, adı ünvanı bilinən, istehsalı, tarixi məlum olan, çəkisi görünən formada təşkil edilir. Bu da bizim rəqabət gücümüzü artırır. Bizin istehsal gücümüz istehsal imkanlarından aşağıdır. Müəssisə fəaliyyətə yeni başlayıb. Orta aylıq satış həcmi 250 tondan yuxarıdır.
Bizim bu gün “Açıq qapı” təşkil etməyimiz və hər kəsə açıq olmağımız fərqliliyimizin göstəricisidir. Biz işimizə əminik və istəyirik ki, canlı olaraq görsünlər ki məhsulu necə emal edirik. “Mərcan” toyuqları Azərbaycanda hava ilə soyudulan ilk və yeganə toyuq əti brendidir. Yəni, hər bir toyuq soyuq “hava yastığı” ilə əhatə olunur, bu isə kontaminasiya (yoluxma) riskini 0-a endirir. Hər bir toyuq ayrı-ayrılıqda, bir-birinə toxunmadan, yüksək gigiyenik şəkildə soyudulur və toyğunun tərkibndə olan faydalı təbii şirələr qorunur. Toyuq ətinin istehsalı prosesində istifadə olunan xüsusi növ qablaşdırma zərərli bakteriyaların sayını və inkişafını minimum səviyyəyə salaraq, ətin təzəliyini, toyuq ətində olan vitaminləri və mineralları bütün saxlama müddətində tam qoruyur. Beynəlxalq müasir standartlara cavab verən müəssisənin 6000 baş/saatda yüksək kefyiyyətli, halal (əl ilə kəsilir), yeni növ qablaşdırma, yüksək gigiyena şəraitində (hava ilə soyutma) istehsal etdiyi əti və toyu əti məhsulları beynəlxalq İSO 22000 və MS 15000-2009 standartlarının tələblərinə uyğundur.
Burada istehsalatda ən yeni texnologiyalardan istifadə etməklə yanaşı, innovasiyalar tətbiq olunur. Müəssisədə istehsalat demək olar ki, tam avtomatlaşdırılıb. Zavodun avadanlığı xaricdən gətirilib - Almaniya, Niderland və İtaliyadan. İstehsalat proseslərinin əksəriyyəti avtomatlaşdırılmış rejimdə həyata keçirilir. Əl əməyi isə yalnız onun labüd olduğu yerlərdə, məsələn halal standartına uyğun olaraq toyuğun kəsilməsi zamanı tətbiq edilir.
Hazırda illik istehsalat gücü 2200 tona (canlı çəki) bərabərdir, bir saatda 6000-dək quşun kəsilməsi mövcuddur. Müəssisənin yerli kənd əhalisinin işlə təminatında da böyük əhəmiyyəti var. İstehsalat prosesinə 208 işçi cəlb olunur, daha 150 nəfər müəssisənin qarışıq sahələrində çalışır. Bütün bunlar kifayət edir bizim üstünlüyümüzü şərh etməyə.
- Bu məhsullar yalnız Bakıya göndərilir?
- Xeyr, Göyçay, Kürdəmir, Sumqayıta da göndərilir.
- Sizdə kənd və broyler toyuqları yetişdirlir. Onların fərqləri var?
- Kənd toyuğu ilə broyler toyuğunun yetişdirilməsi başqa qaydada olur. Onlar tamam fər1lidilər.
- Bazarda qiymətləri necədir?
- “Mərcan” məhsulları Azərbaycan bazarında ən yüksək qiymət səviyyəsində özünü qərarlaşdırıb. Bu da özünün maya dəyrinə, keyfiyyət göstəricilərinə uyğun olaraq müəyyənləşib.
- Hansı beynəlxalq sertifakatlarınız və xarici təşkilatlarla əlaqəniz var?
- Bir sıra Avropa təşkilatları ilə əməşdaşlıq planlaşlaşdırılır. Ötən ay bu əməkdaşlıq tələblərinə - ekoloji normalara uyğun olaraq, beynəlxalq “Eko neo” şirkətinin B+ kateqoriyasında müəyyənləşdirildik. Bu Avropa reytqindir.
- Məhsulun halal olmasını necə doğrulaya bilərsiniz?
Sual Satış və Marketing departamentinin müdiri Samir Eyyubov aydınlıq gətirir:
- Biz qiblə sistemində qurulan avadanlııqlarla kifayətlənmirik. Məhsulun xaşlama dərəcəsində 52-53 dərəcədən yuxarı qalxmasının qarşısımı alımışıq. Bu hallalıq şərtidir. Quşların hümanist baxımdan əziyyət çəkməmək üçün yüngül şokdan keçirilməsi məsləsi də diqqət mərkəzindədir.
- Ən böyük çətinliyiniz nələrdir?
- Soyudulmuş malların bazarda saxlanması məsələsində problemlər var. Piştaxtalardan lazımı temperaturu qorumaq olmur. Əsas şərtlərdən biri budur. Amma hazırda mağazalara soyuducular veririk. Bu növ məhsullar üçün yer yaradırıq.
Çay süfrəsi arxasında təşkil olunan mətbuat konfransı yekunlaşdı. Və biz müəssisə ilə tanışlığı yekunlaşdırıb Bakıya yola düşürük. İndi Bakıda “Mərcan” toyuqlarından danışılanda bizim söz demək üçün məlumat bazamız var.
Məltəm Talıbzadə
Bakı-Ucar-Bakı