Modern.az

Deputat pensiyaçıların probleminə görə DSMF sədrinə etiraz etdi

Deputat pensiyaçıların probleminə görə DSMF sədrinə etiraz etdi

7 Noyabr 2014, 13:08

Elman Mehdiyev: “Pensiyaçılar bankomatlardan istifadə edə bilmirlər”


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev pensiyaçıların rastlaşdığı problemlərdən danışıb.
Modern.az saytının məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında 2015-ci ilin dövlət büdcəsi layihəsinin müzakirə zamanı çıxış edən fondun sədri deyib ki, pensiyaçıların rastlaşdığı əsas problemlərdən biri onların bankomatlardan istifadəsi ilə bağlıdır: “Monitorinqlər onu göstərir ki, ay ərzində bir bankomatdan cəmi 2-3 dəfə istifadə edilir”.

O, bankomatlar qarşısında yaranan növbələrin aradan qaldırılması üçün çıxış yolunu da göstərib:

“Bu il 300 bankomat alınsa da, yaranan növbələrin qarşısını almaq mümkün olmayıb. Buna görə də ölkədə POS terminalların quraşdırılması aktuallaşır. Bundan başqa, maarifləndirmə də aparılmalıdır. Bu gün 4 milyon şəxs plastik kartlardan istifadə edir”.

Elman Mehdiyev müavinətlərin müəyyən olunması ilə bağlı yaranan problemlərdən də söz açıb: “Sığortalanmanın ünvanlılığı ilə problemlər olduğundan müavinətlərin təyin olunması ilə bağlı çətinliklər yaranır. Ona görə sığorta prinsipi əsasında modelə keçməyi düşünürük”.

Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə DSMF sədrinin POS terminallarla bağlı irəli sürdüyü təklifə etiraz edib: “POS terminallar özünü doğrultmayacaq. Pensiyaçıların əksəriyyəti daha ucuz mağazalarda nağd pulla mal almağa üstünlük verirlər. Onların əksəriyyəti bahalı marketlərdən alver etmirlər. Ona görə alternativ variantlar üzərində düşünmək lazımdır”.

Aqşin KƏRİMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...