2014-cü ilin doqquz ayında Azərbaycanda 589,8 milyon manatlıq avtomobil satılıb. Bu barədə Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.
“2014-cü ilin doqquz ayında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 566 milyon manatlıq minik avtomobilləri, 23,8 milyon manatlıq isə digər avtomobillər satılıb”.
Məlumatda həmçinin deyilir ki, “doqquz ay ərzində ölkəyə 43496 ədəd minik avtomobili, 4488 ədəd digər avtomobillər gətirilib. İdxal olunan avtomobillər əsasən Koreyadan, Almaniyadan, Yaponiyadan, Rusiyadan, Çindən, İrandan, Özbəkistandan, Türkiyədən, Hindistandan, ABŞ-dan, Büyük Britaniyadan, Çexiyadan, Fransadan, İtaliyadan gətirilib”.
Gülşən RAUFQIZI