Modern.az

Kənd təsərrüfatı istehsalçılarına subsidiyaların verilməsi müzakirə olunub

Kənd təsərrüfatı istehsalçılarına subsidiyaların verilməsi müzakirə olunub

14 Noyabr 2014, 15:54

Füzuli rayon İcra Hakimiyyətində kənd təsərrüfatı istehsalçılarına ödənilən subsidiyaların verilməsində şəffaflığın artırılması ilə əlaqədar görüş keçirilib.

Görüşdə ərazidəki icra nümayəndələri, bələdiyyə sədrləri, Horadiz Aqrolizinin nümayəndələri, fermerlər və taxıl əkini ilə məşğul olan sahibkarlar iştirak edib.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonda kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların ödənilməsində şəffaflığın artırılması ilə bağlı görülən işlərdən danışıb.

Bildirib ki, taxıl istehsalçılarına subsidiyaların verilməsi Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qaydalara uyğun verilməlidir.

İcra başçısı deyib ki, subsidiyaların yazılmasında qanunun aliliyinin qarunması nəticəsində bu sahədə Füzulidə heç bir problem yaranmayıb.

Alı Alıyev tədbirdə subsidiyaların müəyyənləşdirilməsi, sahiblərinə çatdırılması ilə bağlı rayon Komissiyanın üzvlərinə bir daha konkret tapşırıqlar verib. Bildirib ki, bu mühüm dövlət əhəmiyyətli məsələ daim diqqət mərkəzində saxlanılmalı, subsidiyaların yazılması zamanı qanunun aliliyi qorunmalıdır.
İcra başçısının aqrar məsələlər üzrə müavini Hüseyn Abbasov kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinə sərf etdikləri motor yağlarına və dizel yanacağına görə ödənilən subsidiyaların ödənilməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş qaydalar barədə bir daha məlumat verib.







Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...