Modern.az

Prezident avtomobil yollarına dair fərman verdi

Prezident avtomobil yollarına dair fərman verdi

18 Noyabr 2014, 20:50



Prezident İlham Əliyev “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” fərmana dəyişikliklər edib.

  Modern.az saytı xəbər verir ki, dəyişiklikdə qeyd edilir ki, bundan sonra respublika və yerli əhəmiyyətli avtomobil yollar ilə bağlı məsələləri Nəqliyyat Nazirliyinin təqdimatı ilə Nazirlər Kabineti, digər dövlət avtomobil yolları ilə bağlı məsələlər isə yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyəti orqanları istisna olmaqla), qəsəbə və kəndlərin ərazisində yerləşən bələdiyyə avtomobil yollarına münasibətdə müvafiq bələdiyyələrin, özəl avtomobil yollarına münasibətdə isə mülkiyyətçilərin rəyini nəzərə almaqla, yerli icra hakimiyyəti orqanlarına həvalə olunub.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...