Modern.az

“Dövlət sahibkarlara şərait yaratsın ki, sosial evlər tikə bilsinlər”

“Dövlət sahibkarlara şərait yaratsın ki, sosial evlər tikə bilsinlər”

19 Noyabr 2014, 13:39

“Dünyada 2 milyard insan yoxsul şəraitdə yaşayır. 2010-cu ildə Azərbaycanda bu kateqoriyadan olan 2 milyon insan var idi. Bu gün ölkədə yoxsul insan yoxdur”.

Modern.az saytı xəbər verir ki, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev büdcə müzakirələri zamanı çıxışı zamanı belə deyib. Onun sözlərinə görə, sosial evlərin tikilməsi məsələsi son vaxtlar ciddi müzakirə olunur.

“Dövlət tərəfindən həyata keçirilən tədbirlər var. İndiyə qədər köçkünlər üçün 82 qəsəbə və 45 min mənzil tikilib. Lakin bu proqramlarla büdcəni yükləmək lazım deyil. Dövlət sahibkarlara şərait yaratmalıdır ki, sahibkarda sosial evləri tikərək insanlara ipoteka yolu ilə sata bilsin”.

Deputat digər bir təkliflə çıxış edərək, tütün məhsullarına aksiz və əlavə dəyər vergisinin artırılmasını tələb edib.

“Azərbaycanda siqaretin qiyməti digər ölkələrlə müqayisədə ucuzdur. Fikrimcə, bu qiymət artırılmalıdır. Düzdür, siqaret haqqında qanun müzakirədədir, ancaq hələlik qəbul olunmayıb. Amma bu məsələlər nəzərə alınmalıdır”.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir