Modern.az

Arif Rəhimzadə: “Niyə xaricə satılan qaz daxildə istifadə edilən qazdan çoxdur?”

Arif Rəhimzadə: “Niyə xaricə satılan qaz daxildə istifadə edilən qazdan çoxdur?”

19 Noyabr 2014, 18:57

“Biz Avropanın qazlaşması istiqamətində çox böyük işlər görürük. Amma hesab edirəm ki, yerli qazlaşdırma ilə Avropa bazarlarına qaz verilməsi məsələsində bir disporsiya var. Çünki xaricə çıxarılan qaz daxildə istifadə edilən qazdan çoxdur”.

Modern.az saytının verdiyi məlumata görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə 2015-ci ilin büdcə müzakirələri zamanı deyib.

O bildirib ki, bu problemlərin aradan qaldırılacağına inanır. Deputat qazın keyfiyyətinin də şübhə altında olduğunu vurğulayıb.

Arif Rəhimzadə maliyyə naziri Samir Şərifova müraciətə sualla müraciət edib: “Bilmək istərdim ki, 2015-ci ildə Azərbaycanda qazlaşmaya nə qədər pul ayrılacaq?” .

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...