Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təklif və qayğılarını həll edir. Alı Alıyevin növbəti səyyar qəbulu Kərimbəyli kəndində keçirilib.
Görüşdə rayonun idarə, müəssisə və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib. İcra başçısı Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının rayonda diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Bildirib ki, vətəndaşların problemlərinin həlli, ilk növbədə, onların qayğılarını vaxtında öyrənməkdən, hər bir insanın irəli sürdüyü məsələni, etdiyi xahiş və təklifi diqqətlə araşdırmaqdan asılıdır.Səyyar qəbul-görüşü yekunlaşdıran Alı Alıyev Prezident İlham Əliyevin rayona sonuncu səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşü zamanı dediyi sözlərin onun füzulililərə olan hörməti və ehtiramının təzahürü olduğunu vurğulayıb. Bildirib ki, son bir il 8 ayda ölkə başçısının rayonumuza 2 dəfə gəlməsi cənab İlham Əliyevin füzulililərə olan böyük inamı, füzulililərin Prezidentə böyük məhəbbəti hesab olunmalıdır.
Modern.az