Modern.az

AZAL biletlərin bahalaşmayacağını vəd etdi

AZAL biletlərin bahalaşmayacağını vəd etdi

3 Dekabr 2014, 12:47


Rusiyada rublun məzənnəsinin aşağı düşməsi bu ölkədən xaricə həyata keçirilən aviareyslərdə bilet qiymətlərinin kəskin bahalaşması ilə müşahidə olunur. Bunun Azərbaycandan Rusiyaya uçan təyyarələrdə biletlərin qiymətlərinə də təsirsiz ötüşməyəcəyi bildirilir.

Amma “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli Modern.az-a açıqlamasında Azərbaycandan Rusiyaya uçan təyyarə biletlərinə heç bir təsirin olmayacağını vurğulayıb: “Heç bir halda bahalaşma baş verməyəcək”.

AZAL rəsmisi eyni zamanda Yeni il qabağı da hər hansı reys üzrə təyyarə biletlərinin qiymətlərinin artırılmayacağını bildirib: “Qiymətlər artmayacaq. Amma Dubay və Naxçıvan Muxtar Respublikasına təyyarə reyslərinin sayı  artırılacaq. Hər il belə olur, çünki həmin istiqamətlərdə uçmaq istəyən sərnişinlərin sayı artır”. 

Gülşən RAUFQIZI  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...