Modern.az

Gəncənin icra başçısı kəlbəcərlilərlə görüşüb söz verdi - VİDEO

Gəncənin icra başçısı kəlbəcərlilərlə görüşüb söz verdi - VİDEO

16 Dekabr 2014, 10:22

Kəlbəcərlilərin məskunlaşdıqları Gülüstan qəsəbəsində onların evlərinə məxsus sənədlərin qeydiyyata alınması təmin olunacaq. Eyni zamanda, məcburi köçkünlərə xidmət göstərəcək yeni tibb məntəqəsi inşa ediləcək. Qəsəbədə yollar təmir edilir və işlərin 5 ay ərzində yekunlaşması nəzərdə tutulub. 
Bu fikirləri Gəncənin icra başçısı Elmar Vəliyev qəsəbədə kəlbəcərlilərlə keçirdiyi səyyar qəbulda səsləndirib. 

E.Vəliyev deyib ki, qanunsuz tikili olan evlərin qeydiyyatı aparılır, artıq siyahı tutulur:

 “Ümumi siyahı hazırlanıb. Başa çatdırılandan sonra Tarif Şurasının qərarı ilə müəyyənləşən qiymətlərə uyğun olaraq hamının gözü qarşısında ödəniləcək”.

Kəlbəcərlilər yol, enerji təchizatı, su, məşğulluq, nəqliyyat və digər sahələrlə bağlı müraciət ediblər. Səslənən müraciət və təkliflərlə bağlı konkret tapşırıqlar verilib.

 İcra başçısı qeyd edib ki, kanalizasiya və su sistemi lahiyəsi həyata keçirilir:

“Qaz xətti yenidən çəkilməlidir, işıq xətti yenidən əvəz olunmalıdır. Burada 61 küçənin adı var, 151 küçənin adı yoxdur. Genişləndirilməsi mümkün olan küçələr genişləndiriləcək”.

Xatırladaq ki, dekabrın 10-da saat Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz tikililərin sökülməsinə etiraz əlaməti olaraq Kəlbəcər rayon sakinlərindən 50-60 nəfəri Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstəriblər.

 Cəhdin qarşısı alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı və orada olan icra başçısı və müavini xəsarət alıb, habelə Şəhər Baş Polis İdarəsinə məxsus 2 ədəd xidməti avtomobilin şüşələri sındırılıb.

 Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

 Faktla əlaqədar Gəncə Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi başlanıb.









Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...