Modern.az

Qobuda köçkünlərə salınacaq şəhərciyin geoloji-kəşfiyyat işləri yekunlaşdı

Qobuda köçkünlərə salınacaq şəhərciyin geoloji-kəşfiyyat işləri yekunlaşdı

18 Dekabr 2014, 09:27


“Qobu ərazisində böyük yaşayış massivinin salınması nəzərdə tutulan planla davam etdirilir, hazırda layihələndirmə işləri aparılır. Layihələndirmə bütöv qəsəbəni əhatə etdiyindən onun nə vaxt yekunlaşacağını demək mümkün deyil”.

Bu barədə Modern.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov məlumat verib.

Qobu qəsəbəsində məcburi köçkünlər üçün yaşayış massivinin layihə işlərini “Azərinşaatlayihə”  İnstitutu həyata keçirir. Yaşayış massivində 1200 şagirdlik 10 məktəb binası, 10 uşaq bağçası, uşaq-gənclər, səhiyyə, ictimai-iaşə obyektləri, mədəniyyət və bədən tərbiyəsi müəssisələri tikiləcək. 

Qobu məcburi köçkün yaşayış massivində ümumilikdə 204 yaşayış binası inşa ediləcək. Yaşayış massivinin hər birində 9 min nəfər olmaqla 10 mikrorayonun salınması nəzərdə tutulub.

Artıq Qobu yaşayış massivinin ərazisində geoloji-kəşfiyyat işləri də aparılıb. Burada 3 min 250 kəşfiyyat quyusu qazılıb və ərazinin yaşayış üçün yararlı olduğu dəqiqləşdirilib.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...