Modern.az

"Statoil" şirkəti Azərbaycandakı heyətini ixtisar edir

"Statoil" şirkəti Azərbaycandakı heyətini ixtisar edir

27 Dekabr 2014, 00:30


Norveçin neft və qaz şirkəti "Statoil" qarşıdan gələn bir neçə ay ərzində Azərbaycandakı heyətini ixtisar edəcək.

Azərbaycanın neft-qaz sənayesinə yaxın mənbələrdən "Azadlıq" radiosuna daxil olan məlumata görə, bu, "Statoil"un “Şahdəniz” layihəsini tərk etməsi ilə bağlıdır.

Statoil “Şahdəniz” layihəsindəki 15, 5; South Caucasus Pipeline Company (SCPC) şirkətindəki15.5 və Azerbaijan Gas Supply Company (AGSC) şirkətindəki 12, 4 faizlik paylarını Malayziyanın PETRONAS şirkətinə satıb.

Payların ümumi dəyəri 2, 25 milyard dollardır.

Mənbə bildirir ki, bir neçə aydan sonra şiirkətin Bakı ofisində yalnız bir neçə əməkdaş qalacaq.

Bu əməkdaşlar yalnız Azəri-Çıraq-Günəşli neft yatağı və Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə bağlı işlərlə məşğul olmaqda davam edəcəklər.

Neft nəhəngi BP də gələn ildən Azərbaycandakı işçi heyətinin sayını azaldacağı barədə xəbərdarlıq edib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...