Modern.az

Bu gündən Dövlət Dəmir Yolları gücləndirilmiş iş rejiminə çalışacaq

Bu gündən Dövlət Dəmir Yolları gücləndirilmiş iş rejiminə çalışacaq

29 Dekabr 2014, 10:02

“Hazırda qərb istiqamətində hərəkət edən qatarlarda sərnişin sıxlığı müşahidə edilir. Lazım olduqca əlavə vaqonlar qoşulur. Bu gündən etibarən Dövlət Dəmir Yolları gücləndirilmiş iş rejiminə çalışacaq”.

Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

O qeyd edib ki, gücləndirilmiş iş rejimi yanvar ayının 3-nə qədər davam edəcək: “Sərnişinlər bilet aldıqca, sərnişin sıxlığı nəzərə alınaraq bütün istiqamətlərə əlavə vaqonlar qoşulur”.

Katiblik rəsis eyni zamanda bildirib ki, bu gün (29 dekabr) Bakıdan Gürcüstana turist qatarı yola düşəcək, yanvarın 3-də isə onlar geri qayıdacaqlar.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...