Modern.az

Azərbaycanda 238 çoxmərtəbəli binaya təbii qaz verilib

Azərbaycanda 238 çoxmərtəbəli binaya təbii qaz verilib

9 Yanvar 2015, 23:14


“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. “Azəriqaz”dan verilən məlumata görə, 2014-cü ilin dekabr ayı ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 42 çoxmərtəbəli binaya təbii qazın verilişi  təmin edilib. Bu binalarda 3485 ailə yaşayır.

2014-cü il ərzində təbii qaz verilmiş 238 çoxmərtəbəli binada ümumilikdə 17348 ailə yaşayır.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...