Modern.az

"Coca-Cola" Azərbaycanda bu məhsulları bahalaşdırdı - SİYAHI

"Coca-Cola" Azərbaycanda bu məhsulları bahalaşdırdı - SİYAHI

14 Yanvar 2015, 01:17


«Azərbaycan Coca-Cola Bottlers MMC» istehsal etdiyi bəzi məhsulların qiymətini qaldırıb. Bu haqda "Azadlıq" radiosuna MMC-dən məlumat verilib. Qiymət artımı ilə bağlı qərar yanvarın 24-dən qüvvəyə minəcək.

Bu siyahıya «Cappy», «Fuse tea», «Burn» və «Bonaqua» məhsulları daxildir.

«Coca- Cola»dan qiymət artımının səbəbləri haqda məlumat vermək istəməyiblər. 

Yanvarın 12-də Azərbaycanda yanacağın qiyməti qaldırılıb. Bəzi iqtisadçılar bu artımın digər məhsullarda da müşahidə olunacağını bildirirdilər. 

«Coca-Cola» Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir.  
 
Bahalanacaq məhsulların geniş siyahısı:

- 0,5 lt plastik qabda qablaşdırılan "Cappy" içkisinin tövsiyyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə 

- 0,5 lt plastik qabda qablaşdırılan "Fuse tea" içkisinin tövsiyyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə

- 0,5 lt plastik qabda qablaşdırılan "Burn" içkisinin tövsiyyə olunan satış qiyməti 1 manat 90 qəpikdən 2 manat 10 qəpiyə

- 0,5 lt plastik qabda qablaşdırılan "Bonaqua" (qazlı və qazsız) içkisinin tövsiyyə olunan satış qiyməti 20 qəpikdən 25 qəpiyə

- 2 lt plastik qabda qablaşdırılan "Bonaqua" (qazlı və qazsız) içkisinin tövsiyyə olunan satış qiyməti 50 qəpikdən 60 qəpiyə

- 5 lt plastik qabda qablaşdırılan "Bonaqua" (qazsız) içkisinin tövsiyyə olunan satış qiyməti 1 manat 10 qəpikdən 1 manat 30 qəpiyə artırılacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...