Modern.az

“Neftin kəskin ucuzlaşması Azərbaycan iqtisadiyyatına ciddi təhlükə yarada bilər” - DEPUTAT

“Neftin kəskin ucuzlaşması Azərbaycan iqtisadiyyatına ciddi təhlükə yarada bilər” - DEPUTAT

14 Yanvar 2015, 16:29


“Dövlət büdcəsi müzakirə olunanda neftin qiymətinin 90 dollar ətrafında götürülməsi barədə fikir mübadilələri getdi. Həm komitənin iclasında, həm də plenar iclasda neftin qiymətinin düşə biləcəyi ehtimalının nəzərə alınması təklifləri oldu. Yəni təklif olundu ki, elə bir qiymət müəyyənləşdirilsin ki, neftin qiyməti aşağı düşərsə belə, büdcəyə təsiri az olsun. Buna baxmayaraq, hökumət üzvləri bizi əmin etdi ki, neftin qiyməti 90 dollardan aşağı olmayacaq, ona görə də büdcəni təstiq etdik”.

Bunu Modern.az-a açıqlamasında Millət Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib. O, dünya bazarında neftin qiymətinin durmadan ucuzlaşmasının ciddi təhlükə yarada biləcəyi qənaətindədir: “Hazırda dünya bazarında neftin qiyməti 40 dollara yaxınlaşıb və proses davam edir. Azərbaycanda neftdən gələn gəlirlər əsasən Dövlət Neft Fondunda cəmlənir. Dövlət büdcəsi cəmi 11 faiz neftdən asılıdır,  bu da təxminən 2,2 milyard manata yaxın vəsaitdir.

Dünyada qiymətlərin kəskin şəkildə düşməsi Azərbaycan iqtisadiyyatına, Dövlət Neft Fondunun gəlirlərinə ciddi təsir göstərəcək. Amma ola da bilər ki, may-iyun aylarında dövlət büdcəsinə yenidən baxılsın və investisiya xərclərinin azaldılması istiqamətində addımlar atılsın. Amma prezident İlham Əliyev və maliyyə naziri Samir Şərifov da qeyd etdi ki, Azərbaycan üçün bir neçə varintlar var. Böyük ehtimalla həmin variantlara da baxılacaq”.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...