Modern.az

İran ərəblərə yalvardı: nefti ucuzlaşmağa qoymayın!

İran ərəblərə yalvardı: nefti ucuzlaşmağa qoymayın!

18 Yanvar 2015, 22:22

İran regionun neft hasil edən ölkələrinin müdafiəsi üçün Səudiyyə Ərəbistanından neftin qiymətinin durmadan aşağı düşməsini dayandırmağa çağırıb. “Biz Səudiyyə Ərəbistanının yüksək vəzifəli şəxslərinə diplomatik kanalla xəbər vermişik ki, region ölkələrini müdafiə etmək üçün zərər vuran düşmənlərdən müdafiə etməliyik”.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, bunu İranın xarici işlər nazirinin ərəb və Afrika ölkələri üzrə müavini Hüseyn Əmir-Abdullahian bəyan edib. Onun sözlərinə görə, İran gözləyir ki, Səudiyyə Ərəbistanı xam neftin qiymətinə nəzarətdə vacib rol oynaya bilər. O, həm də qeyd edib ki, İran regionda müəyyən streteji səhvlərin, o cümlədən terrorizmi dəstəklənməsinin, Suriyada və İrqada siyasi situasiyanın dəyişməsinin şahidi olub.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...