Modern.az

Səhiyyə Nazirliyi Bakıda aptekin fəaliyyətini dayandırdı

Səhiyyə Nazirliyi Bakıda aptekin fəaliyyətini dayandırdı

23 Yanvar 2015, 20:54


Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri Bakı şəhəri, Xətai rayonu, X. Məmmədov küçəsi, 2944A saylı məhəllə ünvanında fəaliyyət göstərən “Murad Farm” MMC-yə məxsus (lisenziya nömrəsi 026288, qeydiyyat nömrəsi 1612, verilmə tarixi 06.01.2011) aptek təşkilatında yoxlama keçiriblər.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, keçirilən yoxlama zamanı aptekdə satışı aparılan və Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmamış 46 adda dərman preparatı aşkarlanaraq müsadirə edilib. Həmçinin, yoxlama zamanı aptekdə reseptlə satılmalı olan psixotrop dərman vasitələrinin reseptsiz satışının aparılması və xüsusi saxlama rejimi tələb olunan termoləbil dərman vasitələrinin saxlanma şəraitinə riayət olunmaması faktları da müəyyən edilib. Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması faktına görə “Muad Farm” MMC-yə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq protokol tərtib olunub.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Səhiyyə Nazirliyi tərəfindən “Murad Farm” MMC-yə pərakəndə satış əczaçılıq fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) fəaliyyəti dayandırılıb.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...