Pensiyaların indeksləşdirilməsi haqqında prezidentin sərəncamı nəticəsində Azərbaycanda pensiyaların sığorta hissəsi 1,4% artırılacaq. Qeyd edək ki, yanvarın 26-da Azərbaycan Prezidenti Azərbaycanda əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncam imzalayıb. Fins.az-ın məlumatına görə, sərəncama əsasən pensiyaların sığorta hissəsi və fərdi hesablardakı pensiya kapitalı 2014-cü il üzrə istehlak qiymətləri indeksinə, yəni 2014-cü ildəki inflyasiyaya uyğun olaraq artırılmalıdır. Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumata əsasən 2014-cü ildə ölkədə inflyasiya 1,4% təşkil edib. Bunu nəzərə alanda pensiyalaın sığorta hisəsi də məhz 1,4% artırılacaq.
200 manat pensiya alanlar üçün pensiyanın sığorta hissəsi 100 manat təşkil edir (200-100=100 manat). Bu hissə 1,4 manat artacaq və yeni pensiya məbləği 201,4 manat təşkil edəcək.
250 manat pensiya alanlar üçün isə pensiyanın sığorta hissəsi 150 manatdır (250-100=150 manat). Bu hissənin 1,4% artımı real məbləğdə 2,1 manat artım deməkdir. Nəticədə yeni pensiya məbləği 252,1 manat təşkil edəcək.
300 manat pensiya alanlar üçün isə pensiyanın sığorta hissəsi 200 manatdır (300-100=200 manat). Bu hissənin 1,4% artımı real məbləğdə 2,8 manat artım deməkdir. Nəticədə yeni pensiya məbləği 302,8 manat təşkil edəcək.
Modern.az