Modern.az

İstehlakçı: Müqavilə şərtlərinə diqqət et!

İstehlakçı: Müqavilə şərtlərinə diqqət et!

3 Fevral 2015, 11:53



Məlum olduğu kimi, bəzi məişət əşyaları dəst şəklində satılır (mebel,qab-qacaq və s). Təyinatından və xüsusiyyətlərindən asılı olaraq, bu cür malların bəzilərinin ticarət obyektləri tərəfindən çatdırılma və quraşdırılmanın satıcının hesabına həyata keçirilməsi şərtiilə satılması barədə elanlara tez-tez rast gəlirik. Belə mallar alınarkən satıcı dəstə daxil olan predmetlər,  eləcə də onların keyfiyyəti, göstəriləcək əlavə xidmətlər barədə alıcıya ətraflı məlumat verməlidir.

Ümumilikdə isə, dəstlərin alınması zamanı həm əsas, həm də əlavə xidmətlərin göstərilməsi barədə müqavilənin bağlanması məqsədə uyğundur. İstehlakçı ilə bağlanan müqavilələr dədəst,  ona daxil olan hissələr, göstərilən xidmətlər barədə məlumatlar əksini tapmalıdır. Bəzi hallarda bu cür dəstlər quraşdırılarkən ya dəstə daxil olan predmetlərdən, komplektləşdirici hissələrdən hansısa çatmır, ya da dəsti satan satış obyektinin nümayəndələri tərəfindən hansısa hissə sındırılır, zədələnir. Bu cür hallarda istehlakçı tərəfindən mal qəbul edilərkən, qeyd edilən nöqsanlar barədə satıcı ya rəsmi bildiriş verilmədikdə sonradan çatışmayan hissələrin, əşyanın qüsurlarının aradan qaldırılmasının tələbedilməsi xeyli çətinləşir. Satıcılar sınan və ya çatmayan hissə üçün əlavə vəsait tələb etdikdə istehlakçının başverən halda təqsiri olmadığını sübut etmək mümkün olmur, satıcılar bir qayda olaraq malın tam komplektdə və qüsursuz təhvil verildiyini iddia edir.Müqavilədə malların çatdırılması və quraşdırılması öhdəliyinin satıcı da olduğu hallarda bu xidmətlər üçün istehlakçıdan əlavə pul tələb edilməməlidir.

Odur ki, bu cür dəstlər alarkən və ya satıcının təklif etdiyi əlavə xidmətlərdən istifadə edərkən müqavilə bağlamağı unutmayın və müqavilə şərtlərinə, malların qəbulu zamanı onların komplektinə, qüsursuz olub-olmamasına diqqət edin.Müqavilə də göstərilənləri tələb etmək sizin hüququnuz, müqavilə şərtlərinə əməl etmək isə satıcının borcudur.

Hüquqlarınızı bilin və qoruyun!

Rahilə Mehdiyeva,
“Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...