Modern.az

Fazil Məmmədov nazirlikdə yeni təyinat imzaladı

Fazil Məmmədov nazirlikdə yeni təyinat imzaladı

4 Fevral 2015, 14:55

Xəbər verildiyi kimi, vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti və Bakı şəhəri Vergilər Departamenti ləğv edilərək, həmin departamentlərin ştat vahidlərinin hesabına Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti  yaradılıb, Departamentin Əsasnaməsi, tərkib quruluşu, ştat vahidlərinin sayı və bölgüsü təsdiq edilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, anında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinə yeni təyinat olub. Bu, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Habil Məmmədovdur.  
H.Məmmədov bu təyinatadək Vergi Auditi Departamentinin rəisi işləyib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...