Modern.az

Bakı küçələrində “Niva” avtomobillərinin çox olmasının SƏBƏBLƏRİ

Bakı küçələrində “Niva” avtomobillərinin çox olmasının SƏBƏBLƏRİ

İqtisadiyyat

14 Fevral 2015, 10:00

Son zamanlar paytaxt küçələrində Rusiya istehsalı olan “Niva” avtmobillərinin sayında artım müşahidə edilir. Bir çoxları artımı Rusiyada rublun kəskin düşməsi ilə əlaqələndirirlər.

Ekspert Ramil Osmanlı Modern.az-a açıqlamasında bu barədə danışıb və bunu azərbaycanlı gənclərin formalaşdırdığı dəblə əlaqələndirib:  

“Doğrudur Azərbaycanda “Niva” markalı avtomobillərin sayı artıb. Sayın artması isə dəb, zövq məsələsidir. Bunun Rusiyda rublun məzənnəsinin aşağı düşməsilə əlaqəsi yoxdur. Markanın son qiyməti konfiqurasiyadan asılı olaraq dəyişir, amma alıcılara əsasən 9400 manata təklif olunur”.  

Ekspert son zamanlar ölkədə “Niva” markalı avtomobillərin sayının artmasına münasibət bildirərəkən deyib ki, müxtəlif dövrlərdə ayrı-ayrı avtomobil markaları dəbdə olub:   “Ölkəmiz o qədər unikaldır ki, insanlar avtomobili də dəblə dəyişirlər. Məsələn bir neçə il əvvələ qədər “VAZ 2107” markalı avtomobilləri, Türkiyə istehsalı olan “Tofaş” markalı avtomobilləri, sonradan” Lada”nın bir neçə markası dəbə düşdü. “Niva” da onlardan biridir”.  

R.Osmanlı qeyd edib ki, bu marka avtomobillərin Azərbaycanda populyarlaşması son iki-üç ayın məsələsi deyil: “Bu yeni hal deyil, son bir ildə baş verən tendensiyadır. Hesab edirəm ki, “Niva”ya olan tələbat qarşıdakı bir ildə azalacaq və tendensiyaya başqa marka avtomobil qoşulacaq”.  

Gülşən Raufqızı  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza