Modern.az

“Qazprom” Ukraynanı qazı kəsməklə hədələyir

“Qazprom” Ukraynanı qazı kəsməklə hədələyir

24 Fevral 2015, 23:11


Rusiyanın “Qazprom” şirkəti fevralın 26-dan Ukraynaya qaz verilməsini dayandıra bilər.

“Azadlıq” radiosunun məlumatına görə, bu addım Avropanın da qazla təhcizatının dayanmasına səbəb ola bilər.

Şirkətin rəhbəri Aleksei Miller fevralın 24-də bildirib ki, Ukrayna qaza görə qabaqcadan ödəməni vaxtında etməyib.

Ukraynanın “Naftaqaz” şirkəti bundan əvvəl “Qazprom”u haqqı ödənilmiş qazı tam verməməkdə günahlandırıb. Şirkət deyir ki, əvvəlcədən ödənilmiş 114 milyon kubmetr qazın təxminən 47 milyon kubmetrini ala bilib.

“Qazprom” isə deyir ki, Kiyev Donetsk və Luqans vilayətlərinin qazla təhcizatını dayandırdığına görə bu əraziləri də qazla təmin edir.

Şirkət deyir ki, bu vilayətlərin qazla təhçiz edilməsi “Naftaqaz”la imzalanan müqavilənin tərkib hissəsidir.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi