Modern.az

Süni qiymət artımına görə daha iki market cəzalandırılıb

Süni qiymət artımına görə daha iki market cəzalandırılıb

2 Mart 2015, 18:12


İqtisadiyyat və Sənaye Nazirliyi  istehlak bazarında aparılan yoxlamalar zamanı bəzi ticarət obyektlərində qanun pozuntuları aşkarlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, qurum yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, ev 36, mənzil 5 ünvanında İradə Ağayevaya məxsus “Ümid” marketdə və Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 43, mənzil 17 ünvanında Nazim Sadıqova məxsus “Çinar” marketdə aparılan yoxlamalar zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla əsassız qiymət artımına yol verildiyi aşkarlanmış, bununla da istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilib.

Əsassız qiymət artımına yol vermiş şəxslər barədə qanunvericiliyə uyğun ciddi tədbirlər görülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi