Modern.az

Bu gündən Bakıda Novruz bayramına görə yarmarkalar açıldı - ÜNVANLAR

Bu gündən Bakıda Novruz bayramına görə yarmarkalar açıldı - ÜNVANLAR

14 Mart 2015, 12:50

Bakıda Novruz bayramı ilə əlaqədar Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının və möhtəkirliyin qarşısının alınması məqsədi ilə 14-19 mart 2015-ci il tarixlərində  Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək. Nazirliyin mətbuat xidmətindən Modern.az saytına bildirilib ki, bu gündən işə başlayan yarmarkalar paytaxtın aşağıdakı rayonlarında və göstərilən ünvanlarda təşkil olunub:

Xətai rayonu (2 ünvanda) - Ukrayna dairəsinin yanı;
                                           - Bakı kinoteatrının yanı;

Nəsimi rayonu                    - S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi;

Yasamal rayonu                  - Akim Abbasov küçəsi, İran klinikasının yanı;

Nərimanov rayonu              - Gənclik metrosunun yanı;

Səbail rayonu                       - Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxası;

Suraxanı rayonu (2 ünvanda) - Qaraçuxur   qəsəbəsi, Əhməd  Mehbalıyev 2, “Vətən Şəhidləri Unudulmur” abidələr     
                                                   kompleksinin və hərbi hissənin yanı;
                                                - Əmircan qəsəbəsi, S. Bəhlulzadə küçəsi 12;

Binəqədi rayonu                     - Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.

Bayram günlərində Bakı şəhərinin digər yerlərində də yarmarkaların keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat veriləcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi