Modern.az

"Azəryolservis" Dərnəgül yolunda bağlanan iki körpünün açılacağı tarixi ELAN ETDİ

"Azəryolservis" Dərnəgül yolunda bağlanan iki körpünün açılacağı tarixi ELAN ETDİ

30 Mart 2015, 15:02


Bir neçə gün əvvəl Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində və Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin (keçmiş Karl Marks dairəsi) kəsişməsində yerləşən körpülərin “20 Yanvar” istiqamətindən “Koroğlu” metrostansiyasına doğru hərəkət hissəsinin bağlanması barədə məlumat vermişdik.

“Azəryolsevrvis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Modern.az-a bildirib ki, yol ötürücülərində aparılan təmir işləri artıq yekunlaşıb: “O körpü - yol ötürücüsü 2006-2007-ci illərdə istifadəyə verilib. Yol tikilməklə iş bitmir, onun istifadəyə yararlı olmasını təmin etmək, amartizasiya normasını saxlamaq lazımdır, təmirlərarası müddət də var.  

Sözügedən ərazidə temperatur tikişlərini dəyişmişik. Temperatur tikişi aşırım qurğusunun isti havada uzanması, soyuq havada qısalmasını təmin edir. Temperatur tikişi olmasa, yol ötürücüsü pis vəziyyətə düşər.   2006-cı ildə istismara verildiyi üçün onu çıxarıb başqa temperatur tikişi ilə əvəz etdik. Jurnaslitlər deyir ki, bu yolu tikdiniz, vəssalam, bizimlə ömür-gün yoldaşı olmalıdır. Nəzərə almaq lazımdır ki, adi insan belə ev tikdirəndən müəyyən müddət keçdikdən sonra dəyişiklik olur”.  

Pünhan Mürsəliyevin sözlərinə görə, istər yol, istərsə də yol ötürücü vaxtlı-vaxtında baxışdan keçməlidir: “Əks halda, həmin ötürücü vaxtından tez sıradan çıxa bilər. Artıq təmir işləri başa çatıb.

Bayram ərəfəsində gücləndirilmiş iş rejimində çalışdıq. İşi çoxdan bitirmişik. Sadəcə, temperatur tikişləri qoyulandan sonra betonlanma işi gedir. Beton öz möhkəmliyini almalıdır.

Təxminən 1-2 günə yəni, aprel ayının 1-də istifadəyə veriləcək”.   ASC rəsmisi onu da bildirib ki, yol ötürücüsünün təmir olunmasının Ziya Bünyadov prospektinin yenidən qurulması ilə əlaqəsi yoxdur: “Bu yol ötürücüləri Ziya Bünyadov prospektindən əvvəl istismara verilib. Onların bir-birilə heç bir əlaqəsi yoxdur. Sadəcə, ötürücülər yolun üstündə inşa olunub”.    

Gülşən RAUFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama