Modern.az

Avropada ən yüksək və ən aşağı maaş verən ölkələr - SİYAHI

Avropada ən yüksək və ən aşağı maaş verən ölkələr - SİYAHI

1 Aprel 2015, 13:54


Avropada ən yüksək maaşlar Danimarkadadır. Modern.az saytı Qərb mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumat Avropa Statistika Xidmətinin 2014-cü il üzrə açıqladığı hesabatda öz əksini tapıb. Hesabatda göstərilib ki, Danimarkada 1 saat əmək fəaliyyətinə görə işçiyə orta hesabla 40,3 avro pul ödənilir.

Avropa İttifaqında hər saatına görə ödənilən ən aşağı maaş göstəricisi isə Bolqarıstanda (3,8 avro) qeydə alınıb. Bolqarıstanın göstəricisi Ümumavropa göstəricisindən (hər saata görə 24,6 avro) 6,5 dəfə aşağıdır.

Ən yüksək maaş verən Avropa ölkələrinin ilk “beşliyi”nə Belçika (39,1 avro), İsveç (37,4), Lüksemburq (35,9) və Fransa (34,6) daxildir.

Fiziki və intellektual əməyə ən az qiymət verən ölkələr arasında isə Bolqarıstanla yanaşı, Rumıniya (4,6 avro), Litva (6,5), Latviya (6,6) və Macarıstan (7,3) daxildir.    

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi