Modern.az

Elmin İnkişafı Fondunun qrant müsabiqəsinin nəticələri açıqlanıb

Elmin İnkişafı Fondunun qrant müsabiqəsinin nəticələri açıqlanıb

14 May 2015, 17:00

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun “Universitet qrantı” və “Sənaye qrantı” məqsədli müsabiqələrinin nəticələri məlum olub.

Modern.az xəbər verir ki,  Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən müsabiqəyə 37 layihə təqdim olunub. Onlardan ümumi məbləği 890 min manat olmaqla 11 layihə qalib seçilib. Layihələr 12, 18 və 24 ay olmaqla icra ediləcək və bu layihələrin icrası ilə ali təhsil müəssisələrində çalışan yüksək səviyyəli 68 alim və mütəxəssis məşğul olacaq.

İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən “Sənaye qrantı” müsabiqəsinə 38 layihə daxil olub ki, onlardan ümumi məbləği 480 min manat olmaqla 6 layihə qalib seçilib. Bütün layihələr 12 ay müddətində ümumilikdə 37 alim və mütəxəssis tərəfindən icra ediləcək.

Elmin NURİ 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama