Modern.az

Sürücülərin nəzərinə - Yollarda “Oyunlar zolağı” ilə bağlı qadağa qüvvəyə mindi

Sürücülərin nəzərinə - Yollarda “Oyunlar zolağı” ilə bağlı qadağa qüvvəyə mindi

İqtisadiyyat

29 May 2015, 01:29

Mayın 29-na keçən gecədən etibarən Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar paytaxt yollarındakı xüsusi zolaqlı hərəkət istiqamətində qadağa qüvvəyə minib.  Modern.az saytı xəbər verir ki, xüsusi zolaqlarla bağlı tələblərini pozan sürücülər 40 manat məbləğində cərimə olunacaqlar.
Qeyd edək ki, paytaxtda müəyyən edilən yollarda sarı rəngdə I Avropa Oyunlarının loqosunun əks olunduğu “Oyunlar zolağı” çəkilib. Sürücülərə yolların həmin zolağı ilə hərəkət etmək qadağan edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bəyan edib ki, əgər "Oyunlar zolağı" digər zolaqlarla kəsişirsə, bu zaman, eləcə də xüsisi zolaqların olduğu yolayrıclarında hərəkət üstünlüyü xüsusi yola veriləcək: "Buna əməl etməyən sürücüləri isə cərimə gözləyir. Yəni kəsişən yolla hərəkət edən sürücü yalnız xüsusi yolda hərəkət edən avtomobili buraxdıqdan sonra hərəkətini davam etdirə bilər. Bunu etməyərək qəza şəraiti yaradan sürücülər İXM-nin 151.2-ci maddəsinə əsasən, 80 manat, üstəgəl 4 cərimə balı ilə cərimələnəcəklər”.

I Avropa Oyunları ilə əlaqədar əvvəlcədən müəyyən edilmiş küçə və prospektlərə əlavə yol patrul inspektorları təhkim olunacaq, həmin yollara nəzarət olunmaqla təhlükəsizlik tədbirləri gücləndiriləcək. Nişanların quraşdırıldığı ərazilərə xüsusi müşahidə kameraları ilə də nəzarət ediləcək və qayda pozuntusu törədən sürücülər elektron qaydada cərimələnəcəklər. Bu barədə onların ünvanlarına protokol göndəriləcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama