Modern.az

“Bakıda əksər nəqliyyat qəzaları qanunlara əməl olunmamasından baş verir”

“Bakıda əksər nəqliyyat qəzaları qanunlara əməl olunmamasından baş verir”

29 May 2015, 15:11


“Bakıda şəhərinin sərnişin nəqliyyatında olan problemlərlə bağlı bizim qanunvericilikdə xüsusi avadanlığın quraşdırılması nəzərdə tutulub. Yəni həmin sürücülərin vaxtlı-vaxtında istirahət etməsi və s. məsələlər var”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fuad Muradov "Avtomobil nəqliyyatı haqqında" qanununa dəyişikliklər edilməsi barədə sənədin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, şəhərdaxili nəqliyyatda qəzaların əksəriyyətinin baş verməsinə səbəb qanuna riayət olunmamasıdır:

“Çox xahiş edirəm ki, bu məsələdə qanunun tələblərinin yerinə yetirilməsi ilə bağlı addımlar atılsın. Bu, insanın həyatı, fəaliyyəti ilə bağlı olan məsələdir. Çox yaxşı olardı ki, biz gələcəkdə məsələnin üzərində duraq. Bakı şəhərində olan sərnişindaşıma ilə bağlı problemlər mövcuddur. Avtobuslar xüsusi dayanacaqlarda, yerlərdə olmalıdır. Amma reallıq onu göstərir ki, bir çox yerlərdə, xüsusən də mərkəzdə ciddi problemlər var. Biz I Avropa Oyunlarına hazırlaşırıq və çox böyük işlər görmüşük. Ancaq, ümumiyyətlə, bu sahədə qanunverici təşəbbüskar olaraq məsələni gündəmdə saxlamalıyıq”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama