Rusiya hökuməti Moskvanın şimal-qərb dairəsində yerləşən Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisi kompleksinin bir hissəsini icarəyə verəcək.
Modern.az Rusiya mətbuatına isitnadən xəbər verir ki, kompleskin “Hesablama texnikası və informatika” pavilyonu Azərbaycana veriləcək.
Azərbaycan tərəfi isə bu kompleksdə sərgi-ticarət mərkəzi yaradacaq.
Layihənin protokoluna əsasən sahəsi 1900 kvadrat metr olan “Hesablama texnikası və informatika” pavilyonu 50 il müddətinə Azərbaycana icarəyə veriləcək. İcarə haqqı isə illik 1 rubl təşkil edəcək.
Razılaşmanı gerçəkləşdirmək üçün Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonu yaratmaq haqqında 2014-cü il 15 sentyabr tarixində imzalanmış müqaviləyə müvafiq dəyişiklik edilib.
Modern.az