Modern.az

Taxıl istehsalçılarının müşavirəsi keçirilib

Taxıl istehsalçılarının müşavirəsi keçirilib

30 May 2015, 11:24

Horadiz şəhərində Heydər Əliyev Mərkəzində Füzuli rayonunun taxıl istehsalçılarının müşavirəsi keçirilib. Yığıncaqda RİHB-nın kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Horadiz şəhər, Bala Bəhmənli, Əhmədbəyli kənd Aqroservis filiallarının mütəxəsisləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd təsərrüfatı üzrə idarə və müəssilərin nümayəndələri, fermerlər iştirak edib.

Müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açıb, taxıl biçininə hazırlığın gedişi və yığım qərargahı barədə məlumat verib.

Alı Alıyev bildirib ki, ölkə prezidenti İlham Əliyev  tərəfindən 2015-ci il respublikamızda kənd təsərrüfatı ili elan edilib. Onun sözlərinə görə, 2015-ci ilin kənd təsərrüfatı ili elan edilməsi və 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə ehtibarlı təminatına dair Dövlət proqramı Füzuli rayonunda diqqət mərkəzində saxlanılır və bu sahədə işlər uğurla həyata keçirilir. Rayonda strateji məhsul olan taxılçılığın inkişafı xüsusi diqqət yetirilir, məhsul bolluğu yaradılması istiqamətində ciddi işlər görülür.

Alı Alıyev deyib ki, Prezident İlham Əliyevin kənd təsərrüfatı istehsalçılarına verilən subsidiyaların yazılmasında şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda prioritet məsələlərdən biri hesab olunur və bu sahədə şəfaflıq tam təmin olunub.  

İcra başçısı müşavirə iştirakçılarının nəzərinə çatdırıb ki, 2015-ci  ilin  məhsullu üçün rayonda 31794 hektar  sahədə  dənli-taxıl  bitkiləri  əkilib.  Bu  əkinlərin 19116  hektarını  buğda, 12678 hektarını  isə  arpa  bitkisi  təşkil  edir.

Müşavirədə bildirilib ki, taxıl məhsulları istehsalını hər il stabil olaraq artıran füzulililər bu il 31 min hektardan artıq sahədən məhsul toplayacaqlar. Rayonda strateji məhsul olan taxılçılığın inkişafı məqsədilə iri taxılçılıq  “Kraunko” təsərrüfatı və xüsusi ixtisaslaşmış toxumçuluq təsərrüfatları yaradılıb.

Horadiz Aqroservis filialı tərəfindən texnikanın vəziyyəti və kombynların  təhkim olunma qrafiki barədə məlumat verilib.

Müşavirədə kompaynların təhkim olunma qrafiki elan olunmuş, həmçinin arpa və buğda biçininin, şumun qiymətləri elan edilib. 

Qeyd olunub ki, taxıl biçininə hazırlıq məqsədilə 60-dan artıq kombayn saz vəziyyətə gətirilib. 




Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama