Modern.az

Rayon qeydiyyatında olan maşınlar bu gündən Bakıya buraxılmır

Rayon qeydiyyatında olan maşınlar bu gündən Bakıya buraxılmır

İqtisadiyyat

1 İyun 2015, 11:52


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib. BDYPİ-nin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, bu ay paytaxtda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar bu gündən respublikanın digər şəhər və rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişinə məhdudiyyətlər qoyulub: “Bakının bütün girişlərində xüsusi postlar yaradılıb. Respublikanın digər şəhər və rayon qeydiyyatında olan avtomobillər paytaxtın bütün girişlərində yeni salınmış müvəqqəti saxlanma yerində saxlanılacaq”.

K. Əliyev dayanacaqlarda maksimim 5 minə yaxın avtomobilin saxlana biləcəyini qeyd edib: “Rayonlardan gələn şəxslər ictimai nəqliyyatla mərkəzə gedə bilərlər”. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama