Modern.az

Əli Əhmədov Səlim Müslümovla birgə nazirliyin obyektlərində olublar

Əli Əhmədov Səlim Müslümovla birgə nazirliyin obyektlərində olublar

İqtisadiyyat

2 İyun 2015, 15:05



Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin bir sıra obyektlərində əlilliyi olan şəxslərə göstərilən xidmətlərin vəziyyəti ilə yaxından tanış olublar.

Modern.az-ın məlumatına görə, ilk növbədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə (Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Q.Qarayev küç.14) gələn tədbir iştirakçıları mərkəzdə sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyasının təşkili, onların təminatı vəziyyəti ilə yaxından tanış olub, peşə təlimində olan gənclərlə görüşüblər. S.Müslümov  məlumat verərək bildirib ki, 2013-cü ilin dekabrında əsaslı təmirdən sonra istifadəyə verilən Mərkəzdə bu vaxta qədər artıq 450 nəfərə yaxın peşə reabilitasiyasına cəlb edilib.
“Hazırda isə 140 nəfərə yaxın müvafiq kateqoriyadan olan gənc burada peşə təlimindədir. Mərkəzdə kompyuter istifadəçisi və kompyuter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq və s. peşələr üzrə təcrübəli müəllimlər tərəfindən təlim keçilir”.

Ə.Əhmədov Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycanın sürətli tərəqqisinə səbəb olmaqla, sosial sahədə də mühüm nailiyyətlərə imkan yaratdığını vurğulayıb.
 Sonra YAP tərəfindən Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə yeni avtobus təqdim olunub.

Əli Əhmədov və Səlim Müslümov daha sonra ƏƏSMN-nin Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzində olublar.  Mərkəz  Sumqayıt şəhərində və ətraf rayonlarda yaşayan 16 yaşdan yuxarı əlilliyi olan şəxslərə kompleks tibbi-sosial reabilitasiya xidməti göstərilməsi ilə onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyasına xidmət edir. Burada dərman preparatları ilə yanaşı, səmərəli  fizioterapevtik müalicə prosedurlarından da geniş istifadə olunur. Əlilliyi olan şəxslərin dərman preparatları ilə yanaşı aşağıdakı fizioterapevtik müalicə proseduralarından istifadə dərman preparatları ilə yanaşı aşağıdakı fizioterapevtik müalicə proseduralarından istifadə  dərman preparatları ilə yanaşı aşağıdakı fizioterapevtik müalicə proseduralarından istifadətibbi, sosial, peşə diaqnostikası və reabilitasiyası, xəstəlikləri nəzərə alınmaqla dietik və rasional qidalanmasının təşkili, həmçinin mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi və s.  istiqamətlərdə işlər aparılır.

S.Müslümov bildirib ki, hazırda nazirliyin Bakıda və respublikanın bölgələrində yerləşən ümumilikdə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir: “Ötən il bu müəssisələrdə 7837 nəfər, cari ilin ilk rübündə isə 1227 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə xidməti göstərilib. Bu müəssisələrdə müasir tələblərə uyğun xidmət şəraitinin yaradılması üçün müvafiq işlər görülür”.

Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzinə baxış zamanı mərkəzdəki mövcud şəraitin müasir tələblərə cavab vermədiyi, binanın divarlarının, döşəmə və tavanının yararsız halda olduğu müşahidə edilib, burada əsaslı təmir işlərinin aparılmasına, yaxud  yeni binanın tikintisinə ehtiyac olduğu müəyyən edilib.

Ə. Əhmədov və S. Müslümov ƏƏSMN-nin Sumqayıt şəhərindəki 12 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) yeni inzibati binasının açılışında iştirak ediblər.

ƏƏSMN-nin Paralimpiya İdman Kompleksinə gələn Ə.Əhmədov və S.Müslümov Kompleksdə əlilliyi olan idmançıların təlim-məşq toplanışlarının təşkili, beynəlxalq yarışlara hazırlaşmaları üçün yaradılmış şəraiti nəzərdən keçiriblər.

Ə.Əhmədov və S.Müslümov  ƏƏSMN-nin Abşeron rayonunun Saray qəsəbəsindəki  2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində də olublar. Bildirilib ki, hazırda ƏƏSMN-nin tabeliyində sağlamlıq imkanları məhdud uşaqlar üçün Bakının Şaqan qəsəbəsində 1 saylı və  Abşeron rayonunun Saray qəsəbəsində 2 saylı sosial xidmət müəssisələri fəaliyyət göstərir. Onlarda ümumilikdə 300 nəfərdən çox uşaq tam dövlət təminatında yaşayır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama