Bakıda keçiriləcək I Avropa Oyunları zamanı yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə əlaqədar Avropa Oyunlarına cəlb edilmiş nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutlmuş xüsusi zolaqların keçdiyi bəzi yollarda ümumi hərəkət sürəti dəyişdirilib.
Modern.az saytı xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi yayıb.
Bildirilib ki, Bakı Kənar Dairəvi yolda nəqliyyat vasitələrinin maksimum hərəkət sürəti 80 km/saata, xüsusi zolaqlarla kəsişmə yerlərində isə 40 km/saata endirilib.
Modern.az