Modern.az

I Avropa Oyunlarına hazırlıq Yay Olimpiya Oyunlarından nə ilə fəqlənir? - Çempionların AÇIQLAMASI

I Avropa Oyunlarına hazırlıq Yay Olimpiya Oyunlarından nə ilə fəqlənir? - Çempionların AÇIQLAMASI

İqtisadiyyat

5 İyun 2015, 14:55


I Avropa Oyunlarının başlanmasına bir həftə qalır. Oyunların yüksək səviyyədə təşkili üçün paytaxtda işlər yekunlaşmaq üzrədir. Avropanın müxtəlif ölkələrinin nümayəndə heyətləri də artıq Bakıya gəlir.

Ölkəmizdə ilk dəfə keçiriləcək I Avropa Oyunlarının təşkilatı işləri bir sıra ölkələrdə keçirilən Yay Olimpiya Oyunlarından fərqlənirmi? Onlarla müqayisədə bizdə təşkilati işlər necə görülüb?
Modern.az bir sıra Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılardan münasibət öyrənməyə çalışıb.

Karate üzrə Avropa və dünya çempionu, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev I Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil olunduğunu bildirib.

“Çox az zamanda təşkilatı baxımdan hər şey yüksək səviyyədə görülüb. Quraşdırılan qurğuların Yay Olimpiya Oyunlarında quraşdırılan qurğulardan fərqi yoxdur. Fürstədən istifadə edib təşkilat komitəsinə rəhbərlik etdiyi üçün Mehriban Əliyevaya da minnətdarlığımızı bilkdiririk. Baxmayaraq ki, I Avropa Oyunları idi, yeni tikilən stadion, su idman növləri üçün hovuz, atıçılıq arenası - bunlar hamısı Olimpiya Oyunlarında keçiriləcək yerlərdən daha da yüksək səviyyədə hazırlanıb. Çünki bu işlər başlayanda cənab prezident tapşırmışdı ki, bütün təşkilatı məsələlər Yay Olimpiya Oyunları səviyyəsində keçirilməlidir”.

Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, karate üzrə dünya çempionu Füzuli Musayev I Avropa Oyunlarının digər olimpiya oyunlarından fərqləndirən cəhətin yalnız ölkələrin sayı ilə bağlı olduğunu bildirib.

“Sidney, Afina, Pekin, Londonda təşkil edilən olimpiya oyunlarında iştirak etmişəm. Orada 200-dən çox dövlət iştirak edir. Dümək olar ki, bütün dünya ölkələri yarışa qatılır. Bizdə isə sırf Avropa oyunları olduğu üçün say fərqi müşahidə edilir. Amma təşkialti işlər olimpiya oyunlarından da yüksək səviyyədədir. Tez-tez təşkilat komitəsinə gedirəm, işlərin necə aparıldığını müşahidə edirəm. Hər şey professional şəkildə təşkil olunub. Hesab edirəm ki, biz olimpiya oyunlarını keçərəcək ölkələr üçün nümunə olacağıq. İnanıram ki, Azərbaycanda təşkil olunan Avropa Oyunlarının açılış mərasimi həddindən artıq möhtəşəm olacaq. Təbii ki, yarışa qatılan ölkələr ən güclü idmançılarla gəlir, beləliklə də maraqlı yarışları izləyə biləcəyik”.

F.Musayevin sözlərinə görə, Azərbaycan komandasının ümumi hesabda birinci olmasını arzulayır.

“Düşünürəm ki, buna da layiqik. Sevindirici haldır ki, dünyanın diqqəti bizdə olacaq. Bu bizim üçün nümunə olacaq ki, gələcəkdə olimpiya oyunlarının Azərbaycanda keçirilməsində heç bir problem olmayacaq”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama