Modern.az

Avropa Oyunlarında 4500 nəfər təmizliklə məşğul olacaq

Avropa Oyunlarında 4500 nəfər təmizliklə məşğul olacaq

İqtisadiyyat

8 İyun 2015, 12:07

“Bakı 2015 Avropa Oyunlarının 18 obyektində yarışların keçiriləcəyi məkanların, nəqliyyat vasitələrinin və ofislərin təmizliyi ilə məşğul olan 4500 təmizləyici və xadimə cəlb olunub”. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq I Avropa Oyunları Əməliyyat Komitəsinin mətbuat xidmətinin açıqlamasında qeyd edilib. Bildirilib ki, sözügedən idman məkanlarına cəlb olunacaq təmizləyici və xadimələr üç növbə - səhər, günorta və çox gərgin hesab olunan gecə növbəsində çalışacaqlar:

“BMX Veloparkı kimi kiçik bir obyektdə hər növbədə 20 təmizləyici cəlb olunacaqsa, Olimpiya stadionunda açılış mərasimi vaxtı bütün gecə təxminən 800 təmizləyici və xadimə çalışacaq”.

Məlumatda həmçinin bildirilib ki, tamaşaçılar üçün artıq əşyaların saxlanması məqsədilə, idman məkanlarının ətrafına çoxlu sayda dolablar qoyulub:

“İdman obyektlərində girişlərdə təhlükəsizlik yoxlamalarının aparıldığı nöqtələrdə qadağan olunmuş əşyaların toplanması üçün də dolablar qoyulacaq. Qadağan olunmuş əşyalar barədə məlumatları Bakı 2015 Avropa Oyunlarının az.baku2015.com/spectators/ adlı saytında yerləşdirilən Bakı 2015 Tamaşaçı Məlumat Kitabçasından əldə edə bilərsiniz”.


Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama