Modern.az

“Bakı-2015”: Azərbaycan həqiqətlərdən sadə avropalılar nə qədər xəbərdardır?

“Bakı-2015”: Azərbaycan həqiqətlərdən sadə avropalılar nə qədər xəbərdardır?

İqtisadiyyat

9 İyun 2015, 11:44

BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi
kafedrasının doktorantı

Dünya idman tarixində ilk dəfə keçiriləcək Bakı 2015 Avropa Oyunları Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun göstəricisi, ona olan inam və etibarın ifadə formasıdır. Azərbaycanın müstəqilliyinin  20-ci ildönümünə təsadüf edən bu tarixi qərar ölkəmizin iqtisadi qürətinin, dinamik inkişafının, beynəlxalq aləmdə olan yüksək imicinin təzahürüdür. Eyni zamanda, bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının təşkili, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərə, ümumilikdə Azərbaycanda idman sahəsində görülmüş işlərə Beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymətdir. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik, həmçinin, Avropa və dünya çempionatlarının uğurla keçirilməsi, “Eurovision-2012” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkili I Avropa Oyunlarının Bakıda gerçəkləşməsinə imkan verir.

İlk  Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının yerinə yetirilməsi respublikamız üçün məsuliyyətli olduğu qədər əhəmiyyətlidir. Oyunlar zamanı paytaxtımıza 10 minədək idmançının, məşqçinin, rəsmi şəxsin, jurnalistin gələcəyi, yarış günlərində Avropanın, eləcə də dünyanın aparıcı telekanallarının Bakıdan informasiya yayımlayacağı nəzərdə tutulur. Bu isə öz növbəsində, Azərbaycanda turizmin, nəqliyyat infrastrukturunun və digər sahələrin inkişafına təkan deməkdir.

Bu möhtəşəm tədbir, həmçinin Azərbaycanın tanıtımı, təbliği baxımından da son dərəcə  əhəmiyyətlidir. Bakı 2015 Avropa Oyunlarının Açılış Mərasimi Azərbaycan incəsənətini, mədəniyyətini və ənənələrini bütün dünyaya tanıdacaq, Bakı şəhərinin müasir Avropanın həyatındakı rolunu əks etdirəcək, hər bir vətənpərvər  azərbaycanlının qürur hissi duymasına səbəb olacaq bir platformadır.


Mən, Bakı 2015 Avropa Oyunlarının digər aspektən avantajını  şərh etmək istərdik. Bəli, müstəqilliyini yeni əldə etmiş Azərbaycan modernləşən dünyanın nəbzini tutmağı bacaran, müstəqil siyasəti, daxili sabitliyi ilə Avropanın etibarlı partnyorudur. Bu neft ölkəsi zəngin təbii resursları, maddi sərvəti, Avropa ilə Asiyanın qovuşağında mövcud coğrafi mövqeyi, iqlimi,  unikal təbiəti ilə də  diqqət mərkəzindədir. Azərbaycan həm də, 20 il əvvəl qonşu Ermənistan və müttəfiqləri tərəfindən  ərazisinin 20 faizi- Dağlıq Qarabağ vilayəti, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonları beynəlxalq hüquq normalarının pozulması yolu ilə işğal edimiş və bu ədalətsizliyə dünyanın, xüsusilə Avropanın hələ də göz göz yumduğu  məmləkətdir. Azərbaycan şəhidlərinin məzarsız uyuduğu,  qaçqın vətəndaşlarının ömrünün didərgin düşdüyü, uşaqlarının göz açıb görmədiyi, üstündə yeriyə bilmədiyi  Vətəndir. Onun Xocalı torpağı dünyanın itməz yaddaşında qanla suvarılan yer, XX əsrin faciəsi, insan hüquqlarından danışıb dünyaya  demokratiya, “ərəb baharı” gətirən dünyanın “sivil” dövlətlərinin, o cümlədən Avropanın hələ də görə bilmədiyi, və ya görmək istəmədiyi bəlli beynəlxalq normaların, hüquqların pozulduğu vəhşilik, barbarlıq aktı, genosid sözü ilə qoşalaşan tarixidir. Bu gün Azərbaycanda dini  azadlıq və dünyəvi dövlət prinsiplərinə əməl olunmasına baxmayaraq istər  Amerika, istərsə də  Avropa Ermənistan-Azərbaycan münaqişəsinə ikili standartlarla yanaşır. BMT Təhlükəsizlik Şurasının «822 (1993), 853 (1993, 874 (1993), 884(1993) Qətnamələri, Avropa Birliyinin bəyanatlarında aşıq aşkar Azərbaycan torpaqlarının işğal olunması faktı və işğalçı qüvvələrin bu ərazilərdən çıxarılması tələb olunsa da, bu günədək hüuqi-normativ sənədlər yerinə yetirilmir. Ermənistan BMT TŞ- nin sözügüsən sənədlərinə məhəl qoymur, beynəlxal aləm isə bu ədalətsizliyə susur. Bir faktı da, qeyd etmək istərdik ki,  BMT Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə son qoymaq və regionda həqiqi, davamlı sülhə nail olmaq üçün kifayət qədər geniş imkanlara malik olsa da, təcavüzkarı cəzalandırmaq və onu öz qanunsuz hərəkətlərindən çəkindirmək üçün heç bir konkret mexanizm müəyyənləşdirmir, lazımi qərarlar qəbul etmək istəmir. Halbuki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini təsdiqləyən onlarla fakt var. Bu faktlar sözügedən ölkənin respublikamıza qarşı həyata keçirdiyi hərbi əməliyyatların bütün kriteriyalar üzrə məhz təcavüz aktı olduğunu söyləməyə əsas verir.

Bəs bu həqiqətlərdən sadə avropalılar nə qədər xəbərdardır? Düzdür, Azərbaycan dövlətinin və onun siyasətinin humanist məramlarını özündə ehtiva edən, beynəlxalq humanitar hərəkatların avanqardı kimi, müasir dünyada ədalət və həqiqətin dayağı olmaq missiyasını həyata keçirənlərin sırasında layıqli yer tutan “Xocalıya Ədalət” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyasının ardıcıl və məqsədyönlü tədbirlər silsiləsi  sayəsində dünya dövlətləri əvvəlki illərdən fərqli,  erməni qəsbkarlarının insanlığa sığmayan qətilləri haqqında daha dolğun məlumatlandırılır. Dünyanın nüfzlu beynəlxalq təşkilatları, aparıcı dövlətləri bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini getdikcə daha çox anlayır, qətliamı kəskin şəkildə pisləyir, təcavüzkarla təcavüzə məruz qalanı tanıyırlar. Lakin biz vətəndaşlar bu kampaniyaya nə dərəcədə qoşulmuşuq, Qarabağ həqiqətlərinin təbliği istiqamətində hansı fəaliyyəti göstəririk?  Respublikamızda mövcud olan müxalifət partiyaları, qeyri-hökumət   təşkilatları     “Xocalıya Ədalət”in çağırışına qoşulub, səsinə səs veribmi? Məgər Qarabağ həqiqətlərini dünyaya yaymaq, vətəni sevmək üçün mütləq hakimiyyətə gəlmək lazımdırmı? Axı, bunun üçün böyük maaliyyə tələb olunmur. Məgər işğal olunan torpaqlarımızın qaytarılması naminə birgə təbliğat və məlumatlandırma aparmaq gərəkməzmi?  

Bakı 2015 Avropa Oyunlarının açılışına sayılı günlər qalır. Deməli, ölkəmizdə qonaq olacaq minlərlə insana Dağlıq Qarabağ həqiqətlərinin, Ermənistan-Azərbaycan münaqişəsinin, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazimizin 20 faizinin zorla zəbt olunması ilə bağlı ideoloji işin qurulmasına da zaman azdır. Avropa bizə gəlir. Unutmayaq ki, haqq səsimizi duyurmaq üçün bu fürsətdir, məqamdır, böyük avantajdır. Belə fürsəti dəyərləndirmək üşün hər kəsi Qarabağ həqiqətlərini, Xocalı soyqırımını təbliğat marafonuna qoşulmağa səsləyirəm.

Nə etməli? Hər birimizə küçədə dil kursları, müəyyən təhsil, nəşriyyat, ofis, mağazaların tanıtım, elan kağızları paylanılır. Belə braşurların məzmununu dəyişərək, Qarabağ həqiqətləri, beynəlxalq hüquqa zidd olaraq Azərbaycanın ərazisinin Ermənistan tərəfindən zəpt olunması, bu  işğala dair hələ də yerinə yetirilməyən BMT-nin qətnamələri, xüsusilə də Xocalı soyqırımı haqqında lakonik informasiyanı çap edərək şəhərimizin qonaqlarına, turistlərə, o cümlədən  jurnalistlərə paylamaq;

Xocalı soyqırımını əks etdirən konkret dəlilləri, sübutları- foto-albom, qətliamın əks olunduğu video materialları (xüsusi disklərdə tirajlayaraq),  vaxtilə beynəlxalq mətbuatda bu haqda yer alan informasiyanı avropalı yarış iştirakçılarına, tamaşaçılarına təqdim etmək;

İngilis dilini mükəmməl bilən şəxslərin köməkliyi ilə, Xocalı soyqırımı şahidləri, qaşqınlar, Qarabağ müharibəsi əsirləri, əlilləri ilə şəhərimizdəki əcnəbilərin  ünsiyyətini təşkil etmək;

İnformasiya cəmiyətinin formalaşdığı qloballaşma, modetnləşmə dövründə xalq diplomatiyasının çox geniş yayılmış formalarından biri kimi çıxış edən sosial şəbəkələr kütləvi kommunikasiyanı, informasiya və təbliğatı təmin edir. Bu baxımdan, Qarabağ həqiqətləri, Xocalı soyqırımı ilə bağlı faktlara əsaslanan informasiyalarla avropalıları gələcəkdə də məlumatlsandırmaq, maarifləndirmək üşün, onlarla  Facebook, Tvitter kimi sosial şəbəkələrdə dostluq qurmaq.

Bunlarla yanaşı, ərazisi "Avropanın ən qədim sakinləri" xəritəsinə daxil edilmiş, müsəlman Şərqində ilk parlamentli, demokratik pespublikanı, ilk opera sənətini və opera binasını, ilk universiteti yaratmaqla ilklərlə tarix yazan  Azərbaycanın tarixini, ədəbiyyatını, mədəniyyətini, sənətini, zəngin mətbəxini, elm və təhsil sahəsində uğurlarını, müasir inkişaf göstəricilərinı, iqtisadi potensialını, beynəlxalq əlaqələrini əks etdirən müxtəlif materiallar, kitablar, bukletlər, əşyaları I Avropa Oyunları zamanı Bakıya gələcək  xarici qonaqlara  paylamaqla, ölkəmizin  Avropada bir daha tanınması üçün real  imkanı dəyərləndirək.

Avropa tarixində ilk dəfə olaraq reallaşacaq bu mötəbər tədbirin keçirilməsində I Avropa oyunları kontekstində təbiğat və məlumatlandırma işində Azərbaycan cəmiyyətinin dövlətə dəstəyi, xüsusən gənclərin, tələbələrin aktiv qüvvə kimi yaxından iştirakı önəmlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama