İyunun 12-də I Avropa Oyunlarının açılış mərasimi günü yollar bağlanacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bununla bağlı sürücülərə xəbərdarlıq edib.
Modern.az saytı quruma istinadən xəbər verir ki, oyunların açılış günü ilə bağlı olacaq bu yollarda günorta saat 16.00-dan növbəti gecə saat 02.00-dək nəqliyyatın hərəkəti Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək, Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsinin kəsişməsinədək tam məhdudlaşdırılacaq.
Sevinc YASİNQIZI