Modern.az

Şirniyyat həmişə şirindirmi?

Şirniyyat həmişə şirindirmi?

İqtisadiyyat

14 İyun 2015, 10:12

Yay fəsli yaxınlaşdıqca ərzaq məhsullarının saxlanılması şəraiti də dəyişir. Belə ki, havaların istiləşməsi qida məhsullarının saxlanmasına da diqqətin artırılmasını tələb edir.

Əsas diqqət tələb edən qida məhsullarından biri də şirniyyat, xüsusilə tortdur. Nəzərə alsaq ki, tort daha çox kütləvi tədbir və mərasimlərdə (ad günlərində, toy-nişan mərasimlərində və s.) istifadə olunur və tortdan daha çox istehlakçı istifadə edir, məsələnin önəmliliyi daha da artır.

Odur ki, istehlakçılar da, satıcılar da diqqətli olmalı, şirniyyat məhsullarının saxlanma şəraitinə və yararlıq müddətinə xüsusi diqqət yetirməlidirlər. Təəssüf ki, müşahidələrimiz heç də həmişə bu şərtlərə əməl olunmadığını göstərir. Belə ki, bəzi mağazalarda tortlar açıq şəkildə, necə deyərlər “toz uda-uda” müştəri gözləyir.

Yəqin ki, istehlakçılar üst hissələri ad günləri, müxtəlif yubileylər və ya digər mərasimlərə uyğun hazırlanan tortlarla tez-tez rastlaşırlar. Bir sıra hallarda tortların bəzək hissələrinin və “xüsusi qeydlərin” (ad, tarix və s.) hazırlanmasında istifadə edilən məhsulların tərkibi barədə məlumatların göstərilməsi “unudulur”. Baxmayaraq ki, qida məhsullarının düzgün markalanması xüsusu əhəmiyyət kəsb edir və istehlakçının mal və xidmətlər haqqında dolğun və düzgün məlumat almaq hüququ qanunla təsbit edilmişdir:

Odur ki, istehlakçılardan şirniyyat məhsulları alarkən (xüsusulə yay aylarında) saxlama müddətinə və şəraitinə diqqət yetirmək lazımdır.

Əks halda şirniyyat həmişə şirinlik gətirmir.              

Rahilə Mehdiyeva
Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama