Modern.az

Daşınmaz əmlakın icbari sığortası üzrə 7 893 müqaviləsi bağlanılıb

 Daşınmaz əmlakın icbari sığortası üzrə 7 893 müqaviləsi bağlanılıb

9 Avqust 2015, 20:48


İcbari Sığorta Bürosunun məlumatına görə, 2015-ci ilin iyul ayında daşınmaz əmlakın icbari sığortası üzrə 7 893 sığorta müqaviləsi bağlanılıb.

Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1,3 milyon manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 69,35%-i yaşayış evləri və mənzillər, 0,38%-i inzibati binalar, 30,27%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 4,9%, sığorta haqlarının məbləğində isə 9,4 faiz azalma müşahidə edilib.

İyul ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 369, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 9 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 27 930 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 1 819 manat təşkil edib.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir